Tarix : 2011 Apr 10
Kod 22293

ABŞ dövlət departamenti AR-nı tənqid edib

ABŞ-ın Dövlət Departamenti Azərbaycan Respublikasında insan haqları, söz azadlığı vəziyyəti və azad toplaşmanın olmamasını tənqid edərək xəbərdarlıq edib ki...
Azərbaycan servisi/Aran agentliyi

ABŞ-ın Dövlət Departamenti Azərbaycan Respublikasında insan haqları, söz azadlığı vəziyyəti və azad toplaşmanın olmamasını tənqid edərək xəbərdarlıq edib ki, belə məhdudiyyətlər sakit seçkilər yolundan istifadə ilə xalq tərəfindən hökumətin dəyişilməsini imkanını zəifləşdirib.

Bakıdakı yerli mənbələrin verdiyi məlumata əsasən, bu hesabatda siyasi məhbusların vəziyyəti, mətbuatın vəziyyəti, jurnalistlərin təhdid olunması, söz azadlığına məhdudiyyət, həbsxanalarda işgəncə və xəstəliklərin yayılmasına görə ölüm halları, vətəndaşların telefon və internetinə nəzarət 2010-cu ildə bəzi saytların Azərbaycan Respublikasına girişinə blok qoyulması tənqid olunub və bildirilib ki, 2009-cu illə müqayisədə bu məsələlər artıb.

Bu hesabatda bildirilir ki, 2010-cu ildə Azərbaycan Respublikasında keçirilən parlament seçkiləri Avropa standartlarına uyğun olmayıb.

ABŞ Dövlət Departamenti habelə qeyd edir: Hökumət tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə görə müxalifət qanuni aksiya keçirə bilmir və aksiyaçılar polis tərəfindən həbs olunurlar.

Bu hesabatda əlavə olunur ki, təqsirkar bilinən 270-dən çox işçinin cəzalandırılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin bildirişinə baxmayaraq, intizam və məhkəmə orqanlarında çalışan təqsirkar məmurların cəzalandırılmaması bir problem kimi qalmaqdadır.

ABŞ Dövlət Departamentinin ikili hesabatında bu ölkə müsəlmanlarına qarşı geniş təzyiqlər, təzyiq siyasəti və hicab müdafiəçilərinin həbs olunmalarına işarə olunmayıb.

Bu hesabatın yayılması elə bir şəraitdədir ki, Bakıda yerləşən qərb səfirliklərinin bir çox diplomatları ötən gün İctimai Palataya üzv qərbpərəst partiyaların sədrləri ilə görüşüb və 2 apreldə qərbpərəstlərin aksiyasının polis tərəfindən yatırılmasını pisləyiblər.

Bu görüşdə hökumətə müxalif qərbpərəstlər tərəfindən 16 apreldə aksiyanın keçirilməsi barəsində danışıqlar aparılıb. 

  • Yazılıb
  • da (də) 2011 Apr 10