Bakı Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Milli-Mənəvi Dəyərlər Cəmiyyətinin sədrinin azad olunmasına qarşı çıxıb
Azərbaycan servisi/Aran agentliyi
Bakı Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Milli-Mənəvi Dəyərlər Cəmiyyətinin sədrinin azad olunmasına qarşı çıxıb.
Bakının Daş bazarında hay-küy salmaqda ittiham olunaraq saxlanılan Hacı Mehdi Məmmədov sonra isə polis məmurları ilə sözləşməkdə də ittiham olunub. Məmmədov Bakıda 2 fevralda xalq aksiyasından bir gün öncə həbs olunub.
Bakı məhkəməsi onu bu ittihamlara görə 8 sutka həbsə məhkum edib.
Azərbaycan Respublikası Milli-Mənəvi Dəyərlər Cəmiyyəti sədrinin vəkili bildirib ki, Bakı Apelyasiya məhkəməsi heç bir sübut vermədən onun həbs hökmünü dəyişməyib.