Azərbaycan Respublikasında xalq etirazının güclənməsi fonunda Prezident İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya ...
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasında xalq etirazının güclənməsi fonunda Prezident İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin rəsmi saytında bildirilir.
Sərəncamda qeyd olunur ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.
Nazirlər Kabinetinə bu fərmana əsasən əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bundan əvvəl isə hökumət tərəfindən korropsiya ilə mübarizə aparılacaq vədləri verilib.