İran İslam Respublikasının prezidentinin mətbuat müşaviri deyib: ABŞ və qərb ölkələri sivilizasiyaların dialoqu deyil, sivilizasiyalara qarşı davranmanın carçısıdırlar
Azərbaycan servisi/Aran agentliyi
İran İslam Respublikasının prezidentinin mətbuat müşaviri deyib: ABŞ və qərb ölkələri sivilizasiyaların dialoqu deyil, sivilizasiyalara qarşı davranmanın carçısıdırlar.
Sivilizasiyaların Dialoqu Beynəlxalq konfransında iştirak məqsədilə Bakıya səfər etmiş İran prezidentinin mətbuat müşaviri Əliəkbər Cavanfikr müxbirimizlə müsahibədə deyib: Biz sivilizasiyaların dialoqunun carçısıyıq. Lakin, ABŞ və Qərb ölkələri məntiqsiz strategiya ilə sivilizasiyalara qarşı davranmaq ardıncadırlar.
"İranlı heyət Bakıda Sivilizasiyaların Dialoqu Beynəlxalq konfransda ədalətə əsaslanan sülh mehvərli təkliflərini irəli sürəcək" -deyə Cavanfikr bildirib.
Sivilizasiyaların Dialoqu Beynəlxalq Konfrans cümə axşamı günü Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin çıxışı ilə işə başlayıb.
Bu konfransda dünyanın 20-dən çox ölkəsinin nümayəndəsi, bəzi beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, İSESKO və AŞPA-nın iştirak edir.
"Sərhədsiz dünya", "Gözəl dialoq, mədəniyyət, incəsənət və irs" və "qadınların ictimaiyyətdə rolu" bu konfransın əsas üç mehvərini təşkil edir.
Azərbaycan Respublikası əhalisinin 98%-in müsəlmanlar təşkil etməsinə baxmayaraq, islam müqəddəslərinə qarşı müxtəlif qadağa və məhdudiyyətlər bu ölkənin imicinə xoşagəlməz təsir qoyub.