Ümid Partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev və RATİ-nin Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyev aclıq aksiyasına başlayıb
Azərbaycan servisi/Aran agentliyi
Onlar Naxçıvanda insan haqlarının, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bundan başqa, onlar 2 aprel mitinqində həbs edilənlərin buraxılmasını, ölkədə sərbəst toplaşma azadlığının bərpa olunmasını tələb edirlər.
Hüquq müdafiəçisi Elman Abbasov "Azadlıq” radiosuna deyib ki, aclıq aksiyası keçirənlərin həkim nəzarətinə götürülməsi üçün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət ediblər: “Nazirlik heç bir cavab verməsə, aclıq aksiyası keçirənlərin səhhəti pisləşdiyi təqdirdə təcili yardıma müraciət edəcəyik”.