Tarix : 2011 Apr 12
Kod 22329

HAKİMİYYƏT BRAYZANI NİYƏ SÖYÜR?

Elxan Şahinoğlu: ''Hər hansı bir ölkədə demokratiya və insan haqları pozulursa, orada sabitlikdən danışmaq yersizdir. Bakıdan başqa xalqları səhv yol tutmaqda ittiham etmək heç bir məntiqə sığmır''
Azərbaycan servisi/Aran agentliyi

Orta Şərqdə baş verən proseslərdən sonar xalqın hakimiyyətdən narazı olduğu bütün ölkələrdə təlatümlər yaşanır. Narazı kütlənin toplaşdığı müxalifət düşərgəsi davamlı aksiyalar keçirir, hakimiyyət isə təbii ki, mövqeyini qorumaq üçün hər cür üsuldan istifadə edir. Elə Azərbaycan iqtidarının son zamanlar müxalifət düşərgəsinə qarşı kəskin ittihamlar səsləndirməsi, onların keçirdikləri aksiyaların xaricdən sifariş olunduğunu söyləməsi də bunun bariz nümunəsidir.

Demək olar ki, son bir həftə ərzində iqtidar mənsubları dəfələrlə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın ünvanına kəskin ittihamlar səsləndirməsi, onu ermənipərəst mövqedə suçlaması da buna bir misaldır. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun bugünkü müsahibəsində də eyni cür mövqelər sərgilənib. Müxalifətin keçirdiyi aksiyalar xaricdə hazırlanmış planın tərkib hissəsi kimi göstərilib. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu cür fikir səsləndirənlər konkret olaraq hansı ölkənin Azərbaycandakı vəziyyətə dair plan cızdığını demirlər. Tutaq ki, Brayzanı ermənipərəstlikdə suçlayırlar, amma konkret şəkildə ABŞ-ın bu məsələdə əli olduğunu demirlər. Həmçinin qeyd edirlər ki, Orta Şərqdə baş verən proseslərin Azərbaycanla heç bir əlaqəsi yodur və gələcəkdə həmin ölkələrin xalqları səhvlərini başa düşəcəklər.

Sözügedən fikirlərin nə dərəcədə həqiqəti əks etdirdiyi yəqin ki, oxucularımız üçün də maraqlıdır.FaktXeber.com-un müraciət etdiyi “Atlas” Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun məsələ ilə bağlı mövqeyi belə oldu:
İlk öncə qeyd edim ki, Brayzanı ermənipərəst adlandırmaq doğru yanaşma deyil. Brayza nə azərbaycanpərəst, nə də ermənipərəstdir, o ölkəsinin bütün səfirləri kimi amerikapərəstdir. Brayza ilk növbədə ABŞ-ın maraqlarından çıxış edir. Ancaq burda başqa bir məqam da var və məni bunu yazılraımda da qeyd etmişəm. Brayza soz zamanlar Azərbaycan demokratiya məsələlərinə diqqət göstərir. Bu həm də onunla bağlıdır ki, ABŞ-ın erməni lobbisi və ermənipərəst konqresmenlər onu Azərbaycan hakimiyyəti ilə yaxınlıqda ittiham edirlər. Bu dairələr Brayzanın Senatda təsdiqinə mane olmaq istəyirlər. Brayza da Azərbaycan hakimiyyəti ilə yaxınlıq ittihamından yaxa qurtarmaq üçün demokratiya məsələlərinə həssas yanaşır.

O ki, qaldı Orta Şərqdə baş verən proseslərin Azərbaycanla əlaqəsi məsələsinə, qeyd etmək yerinə düşərdi ki, dünya qlobaşşalıb, bütün proseslər bir-biri ilə əlaqəlidir. Əgər hər hansı bir ölkədə demokratiya və insan haqları pozulursa, orada sabitlikdən danışmaq yersizdir. Bakıdan başqa xalqları səhv yol tutmaqda ittiham etmək heç bir məntiqə sığmır. O xalqlar öz talelərini özləri müəyyənləşdirirlər. 

  • Yazılıb
  • da (də) 2011 Apr 12