Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan İslam Partiyası Aprelin 8-də keçirilməsi nəzərdə tutulan və icazə verilmədiyi üçün təxirə salınan mitinqi, bu ayın 24-ə təyin edib. Artıq bu məqsədlə AİP-dən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət də olunub. Bu barədə FaktXeber.com-a məlumat Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov, budəfəki müraciətlərinə müsbət cavab veriləcəyini ümid etdiyni söyləyib. "Bu gün Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Aprel ayının 24-də icazəli mitinq keçirmək üçün icra hakimiyyətinə müraciət ünvanladıq. Müraciətimizdə mitiqin keçirilməsi üçün iki yer nəzərdə tutulub. Biri "Ulduz" metro stansiyasının qarşısı, digəri isə "Təbriz" kinoteatrının qarşısıdır. Həmçinin müraciətdə qarşı tərəfin təklif etdiyi yerləri də müzakirə etməyə hazır olduğumuz göstərilib"-deyə AİP sədri əlavə edib.