Tarix : 2011 Apr 12
Kod 22333

''YAP haqqında yanlış fikir formalaşıb!''

Azərbaycan Respublikası Parlamentinin tanınmış deputatlrından biri təkid edib ki, cənab Prezidentin qərarları həyata keçirilir
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikası Parlamentinin tanınmış deputatlrından biri təkid edib ki, cənab Prezidentin qərarları həyata keçirilir.
Yeni Musavat qəzeti ilə müsahibəsində Gülər Əhmədova dövlət məmurlarının dəyişdirilməsiylə bağlı deyib : " Elə adamlar var ki, mən doğrudan da onların alternativini görmürəm. Ancaq bəzi nazirlər də var ki, abır-həyası olsa, elə özü istefa verib gedər. Amma birmənalı şəkildə bilirəm ki, cənab prezidentin verdiyi qərarları çox sürətlə həyata keçirmək xasiyyəti var."
Gülər Əhmədova əlavə edib : " Cənab Prezident heç vaxt heç bir şeyi yarımçıq eləmir. Birmənalı şəkildə tam əminəm ki, çox sürətlə, axıradək o islahatları həyata keçirəcək. Amma nə qədər çəkəcəyini deyə bilmərəm. Güman edirəm ki, biz bunu tezliklə görəcəyik. Məsələn, gömrüklə bağlı konkret qərar verildi ki, bu qurumda bütün hesablaşmalar kartlar vasitəsilə həyata keçiriləcək!"

YAP-ın dözümsüzlüyünü qəbul etməyən deputat xanım əlavə edib : "YAP haqqında yanlış fikir formalaşıb. YAP bir nəfərdən ibarət partiya deyil. Şübhəsiz ki, mən partiya sədrinin mövqeyini dəstəkləyən adamlar sırasındayam."
Azərbaycan Respublikasında cərəyan edən hərəkat ilə bağlı isə Gülər Əhmədova deyib : "Misirdə camaat çıxıb fasebook inqilabı elədi... Yaxşı ki, Liviyadakı qan-qadanı görüb bir az ağılları başlarına gəlir. Başa düşürlər ki, inqilab heç də çadır toyu deyil. Şübhəsiz ki, müxalifət hakimiyyətə gəlmək istəyir, bunu normal qarşılamaq lazımdır. Siyasi ambisiyaları olan qüvvədir. İstənilən siyasi situasiyadan istifadə etməlidir ki, hakimiyyəti ələ keçirsin. Amma daha hansı metodlardan istifadə edirlər. Mən fasebook-da oturan adamam. Baxıram ki, bir qrup insanlar özlərini siyasətlə məşğul olan kimi göstərmək istəyir. Amma ümumiyyətlə, siyasətdən xəbərləri yoxdur. Bir qrup insan ona görə mitinqə gedir ki, televizorda göstərsinlər!" deyə YAP fonksioneri əlavə edib.
Gülər Əhmədova onu da bildirib ki, heç kim demir ki, bu gün Azərbaycanda hansısa insanın hüququ pozulmur, hansısa məmur rüşvət almır, hamı yağ-bal içində yaşayır. Amma obyektiv və subyektiv səbəblər var. Məni Azərbaycan müxalifətində həmişə narahat edən və incidən bir məqam ondan ibarətdir ki, müxalifətin içərisində çox az sayda sağlam düşünən, aqressiv olmayan, radikalizmə uymayan adamlar var. Nə düşmənçilik mövqeyində durmaqla, nə milçəyi böyüdüb fil etməklə nəyəsə nail olmaq mümkün deyil. Bəli, faktlar varsa, onları yazmaq, demək, konkret olaraq tənqid etmək lazımdır! 

  • Yazılıb
  • da (də) 2011 Apr 12