Hakim Yeni Azərbaycan Partiyası YAP-ın icra katibi Əli Əhmədov Azərbaycan Respublikası hökumətinin qərbpərəst müxalifəti ilə qərb səfirliklərinin təmaslarını kəskin şəkildə tənqid edib
Azərbaycan servisi/Aran agentliyi
Hakim Yeni Azərbaycan Partiyası YAP-ın icra katibi Əli Əhmədov Azərbaycan Respublikası hökumətinin qərbpərəst müxalifəti ilə qərb səfirliklərinin təmaslarını kəskin şəkildə tənqid edib.
Bakıdakı yerli mənbələrin verdiyi məlumata əsasən, belə görüşləri səfirliklərin vəzifələri ilə təzadlı hesab edən Əli Əhmədov deyib: Belə gizli görüşlərdə qeyri-təbii məqsədlər gizlənə bilər.
Əhmədov eyni zamanda qeyd edib: Məlumatım yoxdur ki, qərb diplomatları müxaliflərlə birlikdə 17 aprel aksiyası barəsində qərar çıxarıblar ya yox?
YAP-ın icra katibi habelə Azərbaycan qəzetinə müsahibə verib. Müsahibədə 2 aprel aksiyasının yatırılmasında ABŞ səfirliyinin tənqidinə reaksiya verən Əhmədov ABŞ səfirinin Azərbaycan Respublikasının daxili məsələlərinə müdaxilə etməməsini istəyib.
Əli Əhmədov bir müddət öncə Azərbaycan Respublikası dövlət və müstəqil medialarının Metyu Brayzanın ABŞ-ın Bakıdakı səfiri kimi təyin olunmasını geniş şəkildə yayımlamalarına toxunmadan fərqli bir açıqlamada deyib: Brayza Minsk Qrupunun həmsədri olduğu dövrdə də Ermənistanın Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təcavüzünü açıqlayan bəyanat vermədi.
"Brayzanın Azərbaycan Respublikasının daxili məsələləri ilə qərəzli şəkildə davranmağa mənəvi hüququ yoxdur və bu barədə öz vicdanına cavabdeh olmalıdır" -deyə YAP-ın icra katibi bildirib.
Bundan öncə də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi-İctimai əlaqələr şöbəsinin müdiri Əli Həsənov və YAP-ın parlamentdəki deputatlarından Siyavuş Novruzov da ABŞ və qərb səfirliklərinin qərbpərəst müxaliflərlə görüşlərinə qarşı oxşar açıqlamalar veriblər.
Bu arada qərbpərəst Müsavat partiyasının sədri İsa Qənbər və qərbpərəst Xalq Cəbhəsi partiyasının Əli Kərimli təxminən 20 ölkə və qərb qurumlarının diplomatları ilə keçirdikləri son toplantını 2 aprel aksiyasında həbs olunanların məsələsinin izlənilməsi adlandırıblar.
Bundan öncə 16 apreldə aksiyanın keçirilməsini vurğulayan İctimai Palataya üzv qərbpərəst müxaliflər qərb səfirliklərinin nümayəndələri ilə son görüşdə aksiyanın tarixini aprelin 17-ə dəyişdirib və bildiriblər ki, bu aksiyalar uğurlu olduğu təqdirdə, İctimai Palata aprelin 18-də toplantı keçirəcək və aprelin 19-dan etibarən ardıcıl olaraq aksiyanın keçirilməsi barəsində qərar çıxaracaq.
2010-cu il 7 noyabr parlament seçkilərində saxtakarlığa etiraz edən əsasən qərbpərəst partiyalar tərəfindən təşkil olunmuş İctimai Palataya üzv qərbpərəst partiyaların bir neçəsi 2 apreldə aksiya keçirərək Azərbaycan Respublikası prezidentinin istefa verməsini tələb etdi. Polis onlarla nəfəri müxalifi həbs etdi.
Bu həbslərin ardınca, indiyə qədər Azərbaycan Respublikasında onlarl islamçı fəal və hicab müdafiəçilərinin həbs olunması və hicab aksiyasının yatırılması qarşısında sükut edən qərb səfirlikləri və qurumları Azərbaycan Respublikası hökumətinə qarşı təhdid xarakterli bəyanatlar yayımladılar.
Bundan öncə də Azərbaycan Respublikası xalqının hicab və islam dəyərlərini müdafiə üçün keçirdiyi aksiyanı heç bir sənəd irəli sürmədən xarici ölkələrlə əlaqələndirən Azərbaycan Respublikasının bəzi rəsmiləri də hazırda ABŞ və qərb ölkələrinin müdaxilə və təhrikedici hərəkətləri qarşısında yalnız onları vicdanlarına diqqət yetirməyə çağırırlar.
Qərb ölkələrinin Azərbaycan Respublikasının daxili məsələlərinə müdaxilələri qərbpərəst müxalifəti iqtidarda paya malik etmək və daha çox imtiyaz almaq məqsədilə həyata keçirilir. Bu elə bir şəraitdədir ki, AR hökuməti son illər ərzində neft imtiyazları vermək və sionist rejimlə münasibətlərini genişləndirməkdən əlavə Əfqanıstan və İraqa hərbçi ezam etməklə onların işğalçılıq siyasətləri ilə birgə hərəkət etmiş və bu ölkənin mediaları da imperializm medialarının İrana qarşı xəbər xəttini həmişə əks etdirmişlər.