İşğal olunmuş Fələstində çıxan Haarets qəzeti Azərbaycan Respublikası prezidenti İlham Əliyevin hərbi məsələlər üzvə müşaviri Vahid Əliyevin 2007-ci ildə sionist İsrail rejimin hərb ...
Azərbaycan servisi/Aran agentliyi
İşğal olunmuş Fələstində çıxan Haarets qəzeti Azərbaycan Respublikası prezidenti İlham Əliyevin hərbi məsələlər üzvə müşaviri Vahid Əliyevin 2007-ci ildə sionist İsrail rejimin hərb nazirliyi və Mossad casusluq təşkilatı başçıları ilə görüşdüyünü və Bakı ilə Təl-Əviv arasında 2 təhlükəsizlik anlaşmasının imzalandığını ifşa edib.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının ivrit dilində verilişlər yayımlayan radiosunun məlumatına görə Haarets qəzeti bu gün bazar günü aprelin 10-da 4 il bundan öncəyə aid bir xəbərdə ifşa edib ki, Azərbaycan Respublikası prezidentinin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev 2007-ci ildə müalicə olunmaq üçün işğal olunmuş Fələstinə səfəri zamanı sionist İsrail rejiminin hərb nazirinin müavini Efrim Sine və Mossad casusluq təşkilatının nümayəndələri ilə görüşüb, danışıqlar aparıb.
Bu məlumata görə, 2007-ci ilin fevralında İsrailin o zaman Bakıdakı səfiri Artur Lenk ABŞ-ın o zaman Bakıdakı səfiri xanım En Dörsi ilə görüşdə İsrail rejiminin xarici işlər naziri Tzipi Livninin həmin il İsveçrədə keçirilən Davos iclası kənarında İlham Əliyev ilə baş tutan görüşü haqda fikir mübadiləsi aparıb.
Bu görüşdə Artur Lenk xanım En Dörsinin Bakının Təl-Əviv ilə əlaqələri haqdakı sualına cavabda deyib ki, Azərbaycan Respublikası hökuməti ilə İsrail rejimi arasında təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı 2 anlaşma sənədi imzalanıb.
Haarets əlavə edib: Bu görüş ilə bağlı xəbərin teleqrafı Vaşinqtona 2007-ci ilin 21 fevralında ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən göndərilib.