Tarix : 2011 Apr 13
Kod 22364

Münafiqləri çıxartmaq İraq hökumətinin haqqıdır

İraq hökuməti bu məsələ ilə əlaqədar öz hakimiyyət haqqını yerinə yetirmək istəyir
IIR servisi/Aran agentliyi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İraq hökumətinin terrorçu Münafiqlər qruplaşmasının İraqdan çıxarılması haqdakı qərarına işarə edərək, deyib: İraq hökuməti bu məsələ ilə əlaqədar öz hakimiyyət haqqını yerinə yetirmək istəyir.

İRNA-nın məlumatına görə, Ramin Mehmanpərəst çərşənbə axşamı yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında İraq hökumətinin terrorçu Münafiqlər qruplaşmasının bu ölkədən çıxarılması haqdakı qərarı ilə bağlı suala cavab olaraq deyib: Bu qruplaşma İranda törətdiyi cinayətlərlə yanaşı, İraqın daxilində də çoxlu sayda cinayətlər həyata keçiriblər. Bu da onların nifrətinə səbəb olub.

R.Mehmanpərəst əlavə edib: İraq hökuməti bu ölkə konstitusiyasına əsasən tam hüquq prinsipləri əsasında rəftar edib.

İranın XİN sözçüsü insan haqlarını himayə iddiasında olan qərb ölkələrinə tövsiyə edib ki, terrorçuları himayədən əl çəksinlər.

Ramin Mehmanpərəst bir neçə küvetli diplomatın İrandan çıxarılması məsələsinə gəlincə isə deyib: Küveyt rəsmilərinin 2 il bundan öncə təkzib etdikləri köhnə nağılları gündəmə gətirmək islam ölkələri arasında ixtilaf törətmək məqsədini daşıyır və yalnız ABŞ və İsrail rejiminin maraqlarına xidmət edir. 

  • Yazılıb
  • da (də) 2011 Apr 13