Tarix : 2011 Apr 13
Kod 22365

Siyasi turistlər Nalbandyanla görüşüblər

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, XİN rəhbəri həmsədrlərə Azərbaycanın ...
Ermənistan servisi/Aran agentliyi

Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, XİN rəhbəri həmsədrlərə Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd rayonlara göndərilən fakt-araşdırıcı missiyanın hazırladığı hesabatdan militarist ritorika üçün istifadə etdiyini bildirib: "Azərbaycan tərəfinin hesabata dair şərhləri həmsədrlərin təqdim etdikləri dəyərləndirmələr ilə daban-dabana ziddir".

Həmsədrlər yaxud "fakt-araşdırıcı missiya" son vaxtlar təmas xətində erməni snayperləri tərəfindən qətlə yetirilən Azərbaycan Respublikası vətəndaşı 9 yaşlı Fariz Bədəlov barədə heç bir mövqe bildirməyib yalnız tərəfləri atəşkəsə rejiminə sadiq qalmalarını istəmişdilər. 

  • Yazılıb
  • da (də) 2011 Apr 13