Bəzi səfirlərin müxalifət təmsilçiləri ilə görüşlərindən Azərbaycan hakimiyyətinin böyük narahatlıq keçirdyini düşünmək əssasızdır
Azərbaycan servisi/Aran agentliyi
"Bəzi səfirlərin müxalifət təmsilçiləri ilə görüşlərindən Azərbaycan hakimiyyətinin böyük narahatlıq keçirdyini düşünmək əssasızdır".
Bu barədə SalamNews saytına deputat Fazil Mustafa bildirib.
Qərblə Azərbaycan Respublikası hakimiyyəti arasında münasibətlərin korlandığı barədə dərc olunan fikirlərə münasibət bidlirən Fazil Mustafa davam edib: "Bu ölkələrin Azərbaycan hakimiyyəti ilə çox gözəl iqtisadi-siyasi münasibətləri var, odur ki, onlar radikal müxalifət ilə hakimiyyət arasında yalnız tənzimləyici rolunu oynaya bilərlər".
"Mən Qərbin Azərbaycanda hakimiyyət dəyişikliyi istəməsi barədə fikirləri tam əsassız hesab edirəm. Qərb özünün demokratiya təşəbbüslərində səmimi deyil və onun istədiyi heç də cəmiyyətdə tam demokratiyanın qurulması deyil",- deyə Fazil Mustafa vurğulayıb.