Bakıda ''Müasir dünyada dözümlülük və İslamofobiya'' mövzusunda gənclər arasında forum keçirilib
Azərbaycan servisi/Aran agentliyi
Bakıda "Müasir dünyada dözümlülük və İslamofobiya" mövzusunda gənclər arasında forum keçirilib.
"Pozitiv" Gənclər Platforması və "Gənc Araşdırmaçılar Klubu"nun təşkilatçılığı ilə Azərbaycan Media Mərkəzində keçirilən forumda "Pozitiv" Gənclər Platformasının moderatoru Xaqani Səfərov deyib : Bu gün dünyada elmə, biliyə dəyər verildiyi bir vaxtda təəssüflər olsun ki, bəzi insanlarda başqasının fikrinə dözümsüzlük, onu aşağılama da yayılmağa başlayır.. Biz bu dözümsüzlüyün ən böyük nümunəsini İslamla münasibətdə görürük. Ortalığa İslamobobiya deyilən bir anlayış çıxır. Bu gün geniş azadlıqlardan, hüquqdan danışan qərbin minarəni, hicabı qadağan etməsi, quran yandırmasına mənəvi terror adından başqa bir ad vermək olmaz".
"Gənc Araşdırmaçılar Klubu"nun üzvü Azər Nəsirov isə çıxışında vurğulayıb : İslamofobiya terminin Qərbdə meydana çıxmasının bir kökü İslamın sekulyar təfəkkürdən uzaq bir din anlayışını ortaya atmasından qaynaqlanır.
İslam Qərbin qəbul etdiyi və ya qəbul etmək istədiyi din anlayışı ilə heç cür bir araya sığmayan bir dindir. İnsan yaşamımın hər yönünü əhatəsinə alan konseptual bir dindir və insan yaşamı üçün öz konsepsiyasını təklif edən yeganə dindir. Bura insanın bütün yaşamı daxildir. Bundan əlavə, İslamofobiyanın başqa səbəbləri kimi İslamla Qərb arasında mənafelərin ziddiyyəti, bəzi liberal dəyərlərin üst-üstə düşməməsi, müsəlman dünyasında posionarlığın artması və bir növ təhərrükün, hərəkətliliyin artmasını da göstərmək olar".
"Gənc Araşdırmaçılar Klubu"nun üzvü Eynal Qardaşov "2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-da 40-50-ci illərdə yaşanmış Mak Karti sindromunun ənənəsi yaşandı. Belə ki, 40-50-ci illərdə əgər ABŞ-da hər daşın altında kommunist axtarılır və sorğu-sual edilmədən mühakimə edilirdisə, 2001-ci ilin 11 sentyabrından sonra ABŞ-da və ABŞ-ın təhriki ilə dünyada müsəlman ovuna çıxıldı. Kim nə mənfi addım atırdısa, tədqiq etmədən günahkar müsəlman olurdu. Bundan sonra islamofobiyanın artdığı Qərbdə hətta Quran yandırmasına kimi gəlib çıxdılar. Rahib adına iddialı olan şəxslərin bu kimi davranışları mənə orta əsrlər kilsəsini xatırladır. O kilsəni ki, elm adına nə var idisə qəbul etmirdi, dağıdırdı, o kilsə ki, Koperniki elmi fikirlərinə görə yandırırdı. Baş verən bu hadisələr qlobal təhlükə mənbəyidir.