Tarix : 2011 Apr 16
Kod 22379

İP KOORDİNASİYA ŞURASI MƏTBUAT KONFRANSI KEÇİRDİ

17 apel mitinqin mərkəzdə keçirilməsi qərarı qüvvədə saxlandı
Azərbaycan servisi/Aran agentliyi

Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirildi. 3 saat davam edən toplantıdan sonra mətbuat konfransı keçirildi. Mətbuat konfransında KŞ adından AXP lideri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli və hüquqşünas Vidadi Mirkamal çıxış etdilər və sualları cavablandırdılar.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin polis idarəsində ifadə verməsi prosesi yubadıldığından KŞ-nin iclasına və mətbuat konfransına qatıla bilməmişdi.

Pənah Hüseyn KŞ-nin iclasında ölkədəki hazırkı ictimai-siyasi vəziyyət, 17 aprel mitinqinə hazırlıq, hakimiyyətin atdığı qanunsuz addımlar müzakirə edilib. KŞ 17 aprel mitinqinin şəhərin mərkəzindəki “Sahil” bağında keçirmək barədə qərarı qüvvədə saxlayıb. Bundan başqa qərara gəlinib ki, İctimai Palatanın aprelin 23-də sessiyası keçirilsin.  

  • Yazılıb
  • da (də) 2011 Apr 16