Tarix : 2011 Apr 16
Kod 22384

Azərbaycanın mübariz müsəlmanlarına təbrik

Hafizi Quran. Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadənin azad edilməsilə bağlı Türkiyədən də təbriklər gəlir
Azərbaycan servisi/Aran agentliyi

Hafizi Quran. Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadənin azad edilməsilə bağlı Türkiyədən də təbriklər gəlir.

İslam-Azeri.az İnternet qəzetinin Press7.net-ə istinadən verdiyi xəbərə görə, belə bir bəyanat "Özgür Ehlibeyt Gençliği Hareketi" (Azad Əhli-Beyt Gəncliyi hərəkatı) tərəfindən edilib.

Bəyanatda deyilir:

"Hacı Zülfüqar Mikayılzadənin hicab qadağasına qarşı addımlarına görə zindana atılmasının əcrini Böyük Allah verəcəyini və bu torpaqların onun kimi igidləri yetişdirməyə davam edəcəyini çox yaxşı bilirik. Onun "Yusifin Mədrəsə"sindən azad olmasına sevinirik və bu səbəblə bütün İslam ümmətini, xüsusilə də Azərbaycanın mübariz müsəlmanlarını təbrik edirik".

 


İslam-Azeri.az 

  • Yazılıb
  • da (də) 2011 Apr 16