Tarix : 2011 Apr 16
Kod 22385

Azərbaycan Respublikası sionist rejimin casusluğu barəsində susur

Sionist İsrail rejiminin Azərbaycan Respublikası torpağından İrana qarşı casusluq üçün istifadə etməsi ilə əlaqədar sənədlərin...
Azərbaycan servisi/Aran agentliyi

Sionist İsrail rejiminin Azərbaycan Respublikası torpağından İrana qarşı casusluq üçün istifadə etməsi ilə əlaqədar sənədlərin Wikileaks-də yayımlanmasından təxminən bir həftə keçməsinə baxmayaraq, Bakı bu barədə sükut edir.

Bakıdakı yerli mənbələrin verdiyi məlumata əsasən, Wikileaks internet portalı tərəfindən ifşa olunmuş sənədlər göstərir ki, sionist rejim ən azı 4 ildir ki, Azərbaycan torpağından İrana qarşı casusluq üçün istifadə edir.

ABŞ-ın Bakıdakı səfirliyinin 2009-cu ilin yanvar ayında Vaşinqtona göndərdiyi sənəddə AR prezidentinin hərbi və təhlükəsizlik müşaviri Vahid Əliyevin müalicə bəhanəsi ilə işğal olunmuş Fələstinə səfərinə və bu səfərdə təhlükəsizlik anlaşmasının imzalanmasına toxunulub.

Bu sənəddə bildirilir ki, israillilər bu anlaşma əsasında Azərbaycan ərazisindən İrana qarşı casusluq edirlər.

Bu sənəddə habelə iki tərəfin hərbi əməkdaşlıqları, o cümlədən Azərbaycan Respublikasının sionist rejimdən silah almasına işarə olunub.

Bu sənəddə qeyd olunur ki, Azərbaycan hökuməti 22 günlük Qəzzə müharibəsi zamanı İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında hər növ aksiyanın keçirilməsi qadağan etmişdi. Lakin Bakıda İran səfirliyi qarşısında aksiya üçün icazə vermişdi.

Bundan öncə də Azərbaycan Respublikasında kənd təsərrüfatı fəaliyyətləri çərçivəsində sionist rejimin casusluq hərəkətli ilə əlaqədar xəbərlər yayımlanmışdı.

Azərbaycan Respublikası xalqının qarşı çıxmasına baxmayaraq, AR ilə sionist rejimin əlaqələri elə bir şəraitdədir ki, sionist və erməni lobbisinin münasibətləri ilə sionist rejim Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləməkdən çəkinib.

Azərbaycan Respublikası sionist rejimdən silah almaqdan ümumi fikri aldatmaq üçün bəhanə gətirir ki, Azərbaycan Respublikası bu ölkənin silah ehtiyaclarını təmin edən region ölkələri, o cümlədən Türkiyə İran və Çin ilə hərbi əməkdaşlıq edir. 

  • Yazılıb
  • da (də) 2011 Apr 16