Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərində yerləşən körpü uçub
Azərbaycan servisi/Aran agentliyi
Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərində yerləşən körpü uçub.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadratmetr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini beton plitələrin bu gün saat 15.00-a qədər quraşdırılıb başa çatdırılmasının nəzərdə tutulduğunu deyib.