Tarix : 2011 Apr 17
Kod 22411

Üç XİN başçısı Urmiyədə bəyanat verdi

İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyə arasında birgə əməkdaşlıqlar məsələlərinin araşdırılması və nəzərdə tutulmuş məsələlər ...
wellpromised/Aran agentliyi

İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyə arasında birgə əməkdaşlıqlar məsələlərinin araşdırılması və nəzərdə tutulmuş məsələlər barəsində məsləhətləşmələrin aparılması məqsədilə bu üç ölkənin xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü İranın şimal-qərbində Urmiyə şəhərində baş tutub.

Üç tərəfli iclas barəsində bəyanat verən İran, Azərbaycan Respublikası və Türkiyənin xarici işlər nazirləri üç ölkə xalqının müştərək dini, tarixi və dəyərlərinin ortaqlıqlarının onların həmrəyliyi üçün misilsiz fürsətlər yaratdığını qeyd edərək məqsədlərə nail olmaq və qarşıdakı problemlərin həlli məqsədilə üç ölkənin yaxın əməkdaşlıqlarını vurğulayıblar.

Bu bəyanatda habelə region və dünyada sülh və stabilliyin qarşısındakı duran problemlər, o cümlədən terrorizm, ölkədən kənar mütəşəkkil cinayətlər, narkotik maddələrin qaçaqmalçılığı, silah qaçaqçılığı və insan alveri ilə təsirli mübarizə üçün birgə səylərin zəruriliyi vurğulanıb.

Bu iclasda üç ölkənin xarici işlər nazirləri razılaşıblar ki, üç ölkənin rifahının möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif sahələrdə, o cümlədən ticarət, sənaye, investisiya, nəqliyyat, informasiya, enerji, elm və texnologiya, turizm sahəsində birgə əməkdaşlıq layihələrin müəyyənləşdirərək icra etsinlər.

Bəyanatda bildirilir ki, üçtərəfli üstün ticarət, gömrük məsələlərində asanlaşdırma, sərhəd qapılarının yenilənməsi anlaşmasının imzalanmasının mümkünlüyün araşdırılması komitəsi təşkil olunsun və müxtəlif iqtisadi və ticarət sahələrində fəaliyyət məqsədilə üçtərəfli birgə şirkətlər yaradılsın.

Bəyanatda bildirilir ki, üç ölkə xarici işlər nazirləri səviyyəsində və BMT, İKT və İƏT kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində önəmli regional və beynəlxalq məsələlər barəsində öz məsləhətləşmələrini davam etdirəcəklər. Region prosesləri barəsində xalqlara qarşı zorakılıqdan istifadəyə qarşı çıxmaqla yanaşı xalqların hüquqlarına hörmətlə yanaşılmasının zəruriliyi vurğulanıb.

XİN başçılarının bəyanatında bildirilir: Üç tərəf regionda ictimai əlaqələrin yüksək əhəmiyyətini vurğulayır və sərhəd məntəqələrdə ticarət, əlaqələr, nəqliyyat, və turizmin genişləndirilməsini təşviq edir.

Xarici işlər nazirlərinin növbəti iclası 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçiriləcək.B-27

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 17