Tarix : 2011 Apr 18
Kod 22413

ADP-çilər HƏBS OLUNUB

Tutulanların sayı dəqiqləşdirilir
Azərbaycan servisi/Aran agentliyi

Dünən  İctimai Palatanın aksiyasında iştirak edən ADP-çi gənclər polis və mülki geyimli şəxlər tərəfindən vəhşicəsinə döyülüb. ADP Gənclər Komitəsinin sədr müavini Kamal Hüseynov, Nizami RT-nın Gənclər Təşkilatının sədri Orxan Hüseynov, Gənclər Komitəsinin üzvü Osman Əhmədov polis əməkdaşları tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb. Saxlanılanlar arasında ADP-çi xanımlar da var. ADP-nin aktiv xanımlarından olan Xuraman Abbasova və onun qızı Günel Abbasova da polislərin zorakılığına məruz qalaraq həbs ediliblər. Onların Nəsimi Rayon Polis İdarəsində saxlandığı bildirilir. 

  • Yazılıb
  • da (də) 2011 Apr 18