Tarix : 2011 Apr 18
Kod 22415

17 APREL MİTİNQİ İLƏ BAĞLI XƏBƏRLƏR

İctimai Palatanın ''Sahil'' bağında keçirəcəyi aksiya ilə bağlı məlumatlar
Azərbaycan servisi/Aran agentliyi

18.00 - Və bugünkü aksiya başa çatdı. Və sadəcə həbslərlə yaddaq qaldı.

17.26 - Müxbirimizin verdiyi məlumata görə, hüquqşünas Vidadi İsgəndərov da saxlanılıb. Partiyaların mətbuat xidmətindən daxil olan məlumatları ümumiləşdirərək söyləmək olar ki, hazırda saxlanılanların sayı 200 nəfərdən çoxdur.

17.24 - KXCP Qaradağ rayon şöbəsinin sədri Zöhrab Vəlibəyli və rayon Məclis üzvü Mahmud Hüseynov  polislər tərəfindən saxlanılıblar. Nəsimi rayon Polis İdarəsində 100 nəfərdən artıq saxlanılanın olduğu bildirilir.

17.21 - "Demokrat" qəzetinin müxbiri Əfqan Muxtarlı həbs olundu. Aksiya iştirakçıları fəvvarələr meydanına toplaşırlar. Aldığımız məlumata görə, mitinqin buradan başlanmasına qərar verilib.

17.15 - "Nizami"nin heykəlinin yaxınlığında və Fəvvarələr meydanında iki ayrı qrup yürüşə, şüarlar səsləndirməyə başlayıb. Polsilər nümayişçiləri həbs edir.

17.09- "Azadlıq" radiosunun məlumatına görə, "Xalq qəzeti"nin redaksiyasının yaxınlığında hökumət əleyhinə vərəqlər dağıdılıb. "Ukrayna" restoranının işçiləri vərəqləri yerdən yığışdırıblar. Vərəqlərdə "Rədd olsun tiranlıq, yaşasın azadlıq", "Kral, klan rejiminə son" və s. şüarlar yazılıb.

16. 59 - Polis 3 isveçli jurnalisti - My Rohwedder Street, Charlie Laprevote, Charlotta Wijkström-u saxlayaraq əvvəlcə Səbail rayonunun 39-cu polis bölməsinə, daha sonra arxa qapıdan çıxarılaraq Miqrasiya İdarəsinə aparılıblar.

16.58 - Polis Müsavat partiyasının regional koordinatoru Füzuli Vəziroğlunu Güzdək istiqamətinə aparıb və onu sərbəst buraxıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Füzuli Vəziroğlu bildirib ki, onu günorta saat 3 radələrində H.Əliyev adına sarayın yanından saxlaylıblar və yol boyu ona hər hansı polis zorakılığı olmayıb.

16.52 - Aldığımız məlumata görə İctimai Palatanın üzvü Pənah Hüseyn də polis tərəfindən saxlanılıb.

16.43 - KXCP  təşkilat şöbəsinin müdiri və Mitinq Komitəsinin üzvü  Xəzər Teyyublu polislər tərəfindən saxlanıldı.

16.38 - Bu dəqiqələrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev "Sahil" bağına gəlib.

16.36 - Əməkdaşlarımızın verdiyi məlumata görə, hazırda polis qüvvələri  "Sahil" bağının tamamilə boşaldıblar və ərazidən quş belə içmur. Mitinq iştirakçılarının isə hazırda mahnı teatrı qarşısında cəmləndiyi müşahidə olunur. Mülki geyimli şəxslərin də ərazidə var-gəl etdiyi bildirilir..

16.32 - Müsavat Partiyası başqanının müavini Adil Qeybulla da həbs olundu.

16.31 - Müsavat partiyasından olan iki nəfər  - Rüfət Əliyev və Əlizadə Həqiqət də saxlanılıblar.

16.30 - Jurnalistlərə çəkiliş aparmağa, reportaj hazırlamağa imkan verilmir. Polislər "Yeni Müsavat"ın əməkdaşı Elşən Balaxanılıya, ANS-in əməkdaşına və İTV-nin reportyoruna təzyiq göstəriblər. ANS-in əməkdaşı döyülüb. İTV-nin işçisi isə polislərlə mübahisəyə girişib.

16.27 - "Azadlıq!", "İstefa!" şüarları səsləndirərək "Sahil" bağına yaxınlaşmaq istəyən 10 nəfər şəx polis tərəfindən durdurulub. Onlardan 8 nəfər saxlanılaraq polis bölməsinə aparılıblar. Saxlanılanlardan Etibar Salmanlı və Fuad Hacıyevin adını dəqiqləşdirmək mümkün olub.

16.22 - Ağası Şakiroğlu adlı bir nəfər də saxlanılıb. O heç bir partiyanın üzvü deyil.

16.21 - Aksiyada iştirak edən KXCP  Mitinq Komitəsinin sədri Fikrət Cəfərov,  KXCP Astara şöbəsinin sədri Faiq Cəfərzadə, Əhədov Ramiz və Tağıyev Fədai polislər tərəfindən həbs edilib və Nəsimi polis idarəsinə aprılıblar.

16.17 - Müxbirlərimizin verdiyi məlumata görə, "Sahil" bağı ətrafında hələlik hər hansı bir aksiyanın keçirilməsi ilə bağlı hərəkətlilik gözə dymir. Amma buna baxmayaraq, polis həbsləri davam etdirir. Bu dəqiqələrdə AXCP üzvü olan Afina adlı bir xanım və ərazidən keçən 2 nəfər naməlum şəxs saxlanılıb polis bölməsinə aparıldılar.

16.13 - Qasımov Nurlan adlı bir mitinq iştirakçısı həbs olunaraq aparılıb.

16.04 - Müsavat Partiyası Səbail rayon təşkilatının şura üzvü Füzuli Cərullayev "Sahil" bağına yaxınlaşmaq istəyərkən polislər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. Həmçinin partiyanın Sumqayıt şəhər təşkilatının sədr müavini Vidadi Feyzi “Sahil” bağına gedərkən polislər tərəfindən həbs olunaraq naməlum istiqamətə aparılıb. Səbail rayon təşkilatının sədri Hüseyn Məlik də həbs olunub və onunla birlikdə polis maşınında adını dəqiqləşdirə bilmədiyimiz 2 nəfər mitinq iştirakçısı da var.

16.01 - Sahil bağına ətrafında  Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Bayraqdar Elman Türkoğlu polislər tərəfindən döyülərək həbs edilib.

16.00 - "Sahil" bğı ətrafında monitorinq aparan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı da polis tərəfindən zorla ərazidən uzaqlaşdırılmaq istəyiblər. Amma hüquq müdafiəçilərinin Daxili İşlər Nazirliyinə etdiyi zəngdən sonra polislər onlardan uzaqlaşıblar.

15.55 - İsveçdən olan 5 jurnalist press-kartları olmasına baxmayaraq, polis tərəfindən saxlanılaraq bölməyə aparılıblar. Onlardan ikisinin adı məlumdur: Roder Strit və Şarlotta Uijkstrom

15.45 - 17 aprel mitinqinində iştirak etmək üçün Sahil bağına gələrkən  gənclər - Cavid Möcətli və Hacıbala Abdullayev polislər tərəfindən həbs ediliblər.

15.30 - KXCP Gəncə şöbəsindən verilən məlumata görə  Gəncədə böyük mitinq ola biləcəyindən qorxaraq yerli hakimiyyət orqanları göstərişi ilə polislər hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçirilmişdir.

***

- Bülbül prospektindən «Sahil» metrosuna qədər onlarla polis maşını gözə dəyir. «Sahil» bağı polis tərəfindən dövrəyə alınıb. Amma bağda istirahət edən onlarla sakinə məhdudiyyət yaradılmayıb.
- İçi polisə məxsus ləvazimatlarla dolu yük maşınının boşaldılmasını lentə almaq istəyən AzadlıqRadiosunun əməkdaşlarına polis təzyiq göstərib.

- «Sahil» bağına yaxın mərkəzi küçələrdən biri iki tərəfdən bağlanıb. 28 May küçəsinin bağa tərəf yaxın hissəsində yola beton dirək uzadılıb, qadağan lenti çəkilib və maşınlar düzülüb. Küçənin digər başında da eyni vəziyyət yaradılıb.  

  • Yazılıb
  • da (də) 2011 Apr 18