Beynalxalq servisi/Aran agentliyi
Bəhreyndə vəziyyət gərginləşməkdə davam edir.
İslam-Azeri.az İnternet qəzetinin "Əl Ələm"ə istinadən verdiyi xəbərə görə, Bəhreyn rejiminin Əhli-beyt məclislərinin qeyd edilməsinə qadağa qoyulduqdan sonra dünən İslam Peyğəmbərinin (s) əziz qızı Həzrəti Zəhra (s.ə)-nın şəhadəti münasibətilə Bəhreyndə küçələrdə əzadarlıq yürüşləri keçirilib.
Yürüş zamanı "Ya Zəhra", "Ləbbeykə Ya Huseyn", "Huseyn-Huseyn" şüarları səslənib.
Şüarları səsləndirənlərə qəfil hücum edən Səud və Bəhreyn rejiminin hərbiçiləri onlara atəş açıb və çox sayda müsəlmanı həbs edib.
Bundan sonra isə bəhreynlilər 10-12 yerdə aksiya keçiriblər.
Aksiyada onlar "Əl Movt Ali Saud"( Məhv olsun Səud ailəsi) və "Al Movt Ali Xalifə" (Məhv olsun Xəlifə ailəsi (Bəhreyn kralı) səsləndiriblər.