Tarix : 2011 Apr 18
Kod 22417

''Bütün diktatorlar məğlub olacaq!''

Böyük mərcei təqlid müctehidlərindən olan Ayətullah Həsən Nuri Həmədani Bəhreyn və Səud rejiminin zülmlərini sərt tənqid edib
IIR servisi/Aran agentliyi

Böyük mərcei təqlid müctehidlərindən olan Ayətullah Həsən Nuri Həmədani Bəhreyn və Səud rejiminin zülmlərini sərt tənqid edib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "İRİB"ə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Ayətullah Həmədani məzlum bəhreynlilərə dəstək verməyin ilahi vəzifə olduğunu bildirərək deyib: İran İslam Respublikası hazırda sərhədləri aşıb və dünya məzlumlarının hamisinə çevrilib. Əlbəttə ki, Region xalqlarının inqilabı İran İslam İnqilabından təsirlənib. Xəlifə və Səud rejiminin diktatorları digərləri kimi məğlub olacaqlar".

Ayətullah Həmədani ABŞ-ın reqiondakı hadisələrə təsirinə də toxunaraq deyib: "İmperialist qüvvələr öz maraqlarını qorumaq və reqiona nəzarət etmələri üçün xalqların etirazlarına ixtişaşçı adı qoyurlar. Bölgə xalqları bilsinlər ki, onların addımları azadlıqsevərlərin yoludur və İran xalqı onların yanındadır".

 

 


İslam-Azeri.az  

 
  • Yazılıb
  • da (də) 2011 Apr 18