Tarix : 2011 Apr 20
Kod 22454

AZƏRBAYCAN VƏ İŞĞALÇI İSRAİLİN DOSTLUQ ƏLAQƏLƏRİ

İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries) Azərbaycana «Heron» və «Searcher 2» pilotsuz kəşfiyyat təyyarələrini təklif edib
wellpromised/Aran agentliyi

Azərbaycan Müdafiə Sənaysi Nazirliyi və İsrail Kosmik Sənaye şirkətinin birgə qurduğu «Azad Systems Co.» şirkətinin zavodu açılıb. Həmin zavodda İsrail Kosmik Sənaye şirkətinin «Aerostar»-ını «Orbiter» markalı pilotsuz təyyarələri istehsal olunur.

İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries) Azərbaycana «Heron» və «Searcher 2» pilotsuz kəşfiyyat təyyarələrini təklif edib.

Bu barədə «Flight Global» şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu yaxınlarda İAİ nümayəndə heyətinin Azərbaycana səfəri zamanı belə bir təklif səsləndirilib.

Qeyd edək ki, mart ayında Azərbaycan Müdafiə Sənaysi Nazirliyi və İAİ-nin birgə qurduğu «Azad Systems Co.» şirkətinin zavodu açılıb. Həmin zavodda İAİ-nin «Aerostar»-ını «Orbiter» markalı pilotsuz təyyarələri istehsal olunur.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 20