Tarix : 2011 Apr 20
Kod 22455

EKSPERTİZA MÖVSÜM SƏMƏDOVA QARŞI RƏY BİLDİRDİ

linqvistik ekspertiza Mövsüm Səmədovun çıxışında hakimiyyətin zorla ələ keçirilməsinə çağırışların olduğunu açıqlayıb
wellpromised/Aran agentliyi

Azərbaycan İslam Partiyasının (AİP) həbs olunmuş lideri Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-də Baş Məclisində etdiyi çıxışıla bağlı ekspertiza rəyi açıqlanıb. Bu barədə FaktXeber.com-a AİP sədrinin Vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, linqvistik ekspertiza Mövsüm Səmədovun çıxışında hakimiyyətin zorla ələ keçirilməsinə çağırışların olduğunu açıqlayıb. "Mövsüm Səmədovun işi ilə bağlı məhkəmə linqvistik ekspertizasının rəyi açıqlanıb. Rəydə Mövsüm Səmədovun Azərbaycan İslam Partiyasının Baş Məclsindəki etdiyi çıxış, hakimiyyəti zorla ələ keçirmək kimi xarakterizə olunub. Rəyi ekspert Hümbət Vəliyev imzalayıb. Artıq alternativ linqvistik ekspertizanın keçirilməsi üçün vəsatət qaldırmişam. İstintaq qrupunun rəhbəri hələ bu vəsatətimə münasibət bildirməyib”-deyə vəkil əlavə edib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 20