Tarix : 2011 Apr 20
Kod 22469

Bəhrami: İran, Azərbaycan Respublikası və Türkiyə strateji tərəfdaşdılar

keçirilən görüşünə diqqət çəkən Məhəmmədbaqir Bəhrami deyib ki, bu 3 ölkə strateji tərəfdaşdır və gözəl münasibətlərə malikdir
wellpromised/ Aran agentliyi

İranın Bakıdakı səfiri dünən mətbuat konfransı keçirib. Daxil olan məlumata görə, İran İslam Respublikasının Urmiyə şəhərində Türkiyə, Azərbaycan Respublikası və İran xarici işlər nazirlərinin ötən həftə keçirilən görüşünə diqqət çəkən Məhəmmədbaqir Bəhrami deyib ki, bu 3 ölkə strateji tərəfdaşdır və gözəl münasibətlərə malikdir.

Səfir qeyd edib ki, bu ölkələrin birliyi region və dünya üçün mühüm rol oynaya bilər. Görüşdə qəbul olunan bəyannamə ölkələrin inkişafına təsir etməklə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Görüş göstərdi ki, bu ölkələr regionda mövcud olan problemləri özləri həll edə bilərlər.

İkitərəfli görüşlərə toxunan diplomat Azərbaycan Respublikası ilə İran xarici işlər nazirləri arasında keçirilən görüşü səmərəli adlandırıb: “Sərhəd-keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması ilə bağlı səfirlərə tapşırıqlar verilib. Bu təcrübə artıq İranla Türkiyə arasında da var. İran Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv edib. Həm İrandan, həm də Azərbaycandan qarşılıqlı səfərlər çoxalıb. Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb. Əgər rəsmi Bakı eyni addımı atarsa, İrandan Azərbaycana səfər edənlərin də sayında bərabərlik yaranar. Buna görə də hesab edirik ki, 24 saat fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi fəaliyyət göstərməsi əhəmiyyətli olardı”-deyə Cənab Bəhrami qeyd edib.

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 20