Azərbaycan Respublikasında həbs olunmuş 3 isveçli jurnalist ölkələrinə göndərildi
wellpromised/ Aran agentliyi
Azərbaycan Respublikasında həbs olunmuş 3 isveçli jurnalist ölkələrinə göndərildi.
İRNA-nın məlumatına əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) bu gün bildirib: Qeyri-qanuni surətdə keçirilən 17 aprel aksiyalarında saxlanılmış 3 isveçli jurnalist vizalarında problem olduğu üçün ölkələrinə göndərilib.
Bu isveçli jurnalistlər bazar günü qərbyönümlü müxalifət partiyaların keçirdiyi qeyri-qanuni etiraz aksiyasında polis tərəfindən saxlanılmış və DMX-yə köçürülmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Ehsan Zahidov bu jurnalistlər saxlanıldıqdan sonra demişdi ki, araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslər öz professional fəaliyyətində akkredititasiyadan keçmədikləri üçün qanunu pozub və tezliklə azad olacaqlar.