wellpromised/Aran agentliyi
Bu gün səhər saatlarında ADP Gənclər Təşkilatının sədr müavini Kamal Hüseynov, Nizami RT-nın Gənclər Təşkilatının sədri Orxan Hüseynov və onun həyat yoldaşı Gülnarə Hüseynova Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə çağırılıb. Barədə FaktXeber.com-a ADP mətbuat xidmətindən məlumata verilib
Xatırladaq ki, adları çəkilən gənclər 11 mart və İctimai Palatanın təşkil etdiyi aksiyaların fəal iştirakçıları olublar. Kamal və Orxan Hüseynov qardaşları dəfələrlə aksiyalar zamanı polis və mülki geyimli şəxslərin zorakılığına və təzyiqlərinə məruz qalıb. Onların hər ikisi 11 mart aksiyasında 7 sutka inzibati qaydada həbs edilmişdilər. İctimai Palatanın 02 aprel tarixli mitinqindən 1 gün öncə Kamal və Orxan Hüseynov qardaşları yaşadıqları evdən mülki geyimli şəxslər tərəfindən aparılmış və bir gün sonra azadlığa buraxılmışdılar.
17 aprel mitinqində hər iki qardaş aksiya zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış, qeyri-qanuni saxlanılaraq gecə saatlarına kimi Nəsimi rayon Polis İdarəsində saxlanılaraq təzyiqlərə məruz qalmışdılar. Onların bu gün Xətai rayon Polis İdarəsinin 36-cı Polis bölməsinə çağırılması siyasi fəaliyyətləri ilə bağlıdır. Onlar saat 15.00-da polis bölməsində olmalıdırlar.