Tarix : 2011 Apr 23
Kod 22479

Hacı Əlikramın 40 mərasimindən reportaj

Dünən Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Əlikram Əliyevin ölümündən 40 gün keçirldi
wellpromised/Aran agentliyi

 

Dünən Azərbaycan İslam Partiyasının sabiq sədri Hacı Əlikram Əliyevin ölümündən 40 gün keçirldi. Hacı Əlikramın 40 məclisinə minlərlə insan gəlib. Sanki bir böyük mitinqi xatırladır. Ölkənin ictimai siyasi xadimləri, xüsusilə ruhanilərin çoxluğu diqqət çəkir. İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəl muslimin Seyyid Ocaq Nejad, Azərbaycandakı İran səfiri Məhəmmədbaqir Bəhrami də tədbirə qatılıb. Diqqət çəkən digər tanınmış sima isə, Ayətullah Muhəmməd Həsən Əxtəridir. “Beynəlxalq Əhli-Beyt” Cəmiyyətinin sədri olan bu şəxsiyyətin Hacı Əlikramın 40 mərasiminə gəlməsi mərhumun beynəlxalq səviyyədə hörmətindən xəbər verirdi.

Şairlər, məddahlar və rözəxanlar isə yenə öz vəzifələrini – Əhli-Beyt haqqını əda etdi.

Tədbirin maraqlı məqamında fürsətdən istifadə edən İslam-Azeri.az İnternet qəzetinin müxbiri ölkədə fəaliyyət göstərən “Birlik” partiyasının sədri Xudu Xuduyevdən münasibət öyrəndi.

-Salam Xudu müəllim, Hacı Əlikram haqqında siz nə deyə bilərsiniz?

-Hacı Əlikram haqqında mən deyə bilərəm ki, o çox imanlı, əqidəli və mərd insan idi. Onun haqqında danışmaq həm asandır, həmdə çətin. O milli mənəvi dəyərlərə sadiq şəxs idi. O hər zaman lazım olan sözləri demişdi. Buna görə də çoxları onun adını çəkməyə qorxurdular, ona salam verməkdən çəkinirdilər. Biz onunla “Milli Xalq Hərəkatı”nda bir yerdə fəaliyyət göstərmişik. O peyğəmbər və imamların yolunu davam edirdi. Sözün əsl mənasında haqqın aşiqi idi. Mənim fikirimə görə, Hacı Əlikram şəhid olub. Çünki, o həmişə Haqq uğrunda mübarizədə olub və həmişə haqqın uğrunda canından keçməyə hazır idi. Gördüyünüz kimi minlərlə insan onun 40 məclisinə gəliblər. Bu onun kimliyini az da olsa göstərir. Təəssüflənirəm ki, belə bir insan bizim aramızdan getdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.

Beləcə Hacı Əlikramın 40 məclisi davam edirdi. Biz isə saytın izləyicilərini bizim bu günkü tədbirlə bağlı məlumatımızı gözlədiklərini nəzərə alaraq İmam qızının dəfn oldunğu Nardarandan ayrıldıq.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23