“Hər hansı bir xalq öz taleyini dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.” (Rəd surəsi 11)
wellpromised/Aran agentliyi
Allahın adı ilə!
“Hər hansı bir xalq öz taleyini dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.” (Rəd surəsi 11)
HaqqYolu - “Hər hansı bir xalq öz taleyini dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz.” (Rəd surəsi 11)
Ölkəmizdə hakimiyyəti təmsil edən məmurlar bütün beynəlxalq və konstitusiya qanunlarını pozaraq müxtəlif bəhanələrlə Azərbaycan İslam Partiyasının müsəlman xalqımız adından ikinci dəfə mitinq keçirmək üçün müraciətinə müsbət cavab verməmişdir. Bu sərbəst toplanmaq hüququnun açıq-aşkar pozulmasıdır. AİP torpaqlarımızın işğalına son qoyulmasını, ölkədə dövlət məmurları tərəfindən Quranın buyurduğu olan vacib qadağasının ləğvini, bu yolda əqidəsinin müdafəisinə qalxmış şücaətli alim və inanclı qardaşlarımızın şərlənərək zindanlara atılmasına son qoyulmasını və onların dərhal azadlığa çıxmasını, həmçinin, müsəlman xalqımızın iqtisadi vəziyyətinin yaxşılaşdırılması və korrupsiyaya qarşı həqiqi mübarizə aparılmasını tələb edir. Bu tələblərin ifadəsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və hər dəfə dövlət məmurları müsəlman xalqın səbrindən və qanuna ehtiram qoymasından sui-istifadə edərək mənfi cavab vermişdir.
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi Azərbaycanda dövlət məmurları tərəfindən baş verən bu qanun pozuntuları, məmur özbaşnalıqlarını pisləyir. Komitə hakimiyyətin münasibətini həm daxildə, həm də beynəlxalq aləmdə insan haqları müstəvisində mövcud qanunların, üzv olduğu halda Avropa Şurası Nizamnaməsinin, İslam Konfransı Təşkilatnın nizamnaməsinin pozulmasi kimi qiymətləndirir və müsəlman xalqın sərbəst toplanmaq istəyinə rədd cavabı verilməsini hakimiyyət orqanlarının xalqa ehtiramsızlığı kimi dəyərləndirir. Bu rəftarı ilə dövlət məmurları əslində bir neçə sahədə ciddi şəkildə ictimai və siyasi səhvə yol vermiş, hakimiyyəti çox çətin vəziyyətdə, müsəlman xalqla üzbəüz qoymuşlar:
1.Müsəlman xalqın qanuna ehtiram etməklə sərbəst mitinq keçirməklə sözünü deməsinə icazə verməmək o mənadadır ki, hakimiyyətdə müsəlman xalqın səsinə və onun iradəsinə əhəmiyyət verilmir, yəni hakimiyyət xalqı təmsil etmir;
2.Müsəlman xalqın müqəddəs Quranına zidd olaraq, baş örtüyünün təhsil mərkəzlərində dövlət məmurları tərəfindən zorla açılması, müsəlmanların bu zorakı qanuna etirazına imkan verilməməsi, hakimiyyətin xalqın müqəddəs bildiyi qanun və etiqadlara etina olunmaması hakim dairələrin mənəviyyat sahəsində müsəlman xalqdan nə qədər uzaq olduğunu göstərir;
3.Bakı Şəhər İcra Hakimiyyəti bu rəftarı ilə hakim dairələrin, ilk növbədə müsəlman xalqın yanında, sonra bütün məntəqədə olan müsəlman ölkələrində və beynəlxalq hüquq mərkəzlərində nüfuzuna nə qədər zərbə vurduğunu təsəvvür etmir. Bütün dünyaya və ölkəmizdə xalqa bildirilir ki, ölkədə totalitar rejim hökm sürür və bu müsəlman xalqın səsinin nə ölkə daxilində, nə də beynəlxalq aləmdə eşidilməsinə imkan verilməyəcək;
4.Bakı Şəhər İcra Hakimiyyəti bu rəftarı ilə torpaqlarının 20% işğal altında olan müsəlman xalqa hakmiyyətin bu mesajını çatdırdı ki, bu hakimiyyət 20 il keçməsinə baxmayaraq, müsəlman xalqın “Qarabağa azadlıq! İşğala son! Təcavüzə son!” – kimi şüarlarına imkan verməyəcək;
5.Nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti bu rəftarı ilə hakimiyyət adından müsəlman xalqa çatdırır ki, ölkədə qanun rol oynamır, əsas məmur özbaşnalığı və onların istəkləridir. Xalqın qəzəblənməsi, söz azadlığı və sərbəst toplaşmaq kimi istəklər əslində hakimiyyət üçün gülünc görünür və hakimiyyət müsəlman xalqa zülm və əzab verməkdən həzz alır;
Sonda hakimiyyətin nəzərinə çatdırırıq ki, bundan sonrakı bütün məsuliyyət və hadisələr hakimiyyətin və onların məmurlarının öhdəsinə düşür. Müsəlman xalq öz etiqadının, müqəddəs Quranının, bu yolda şərlənərək həbs olunmuş qardaşlarımızın müdafiəsinə qalxacaq və nəhayət, işğal olunmuş torpaqların azad olunmasını bütün hüquqi yollar vasitəsi ilə tələb edəcək.
Amma tarix bu müsəlman xalqa xəyanət edən və onun milli-mənəvi sərvətlərinə zərbə vurub, torpaqlarının işğalına şərait yaradanları heç vaxt bağışlamayacaq və onları lənətləyəcəkdir!
HHQM MK-nın mətbuat xidməti