Tarix : 2011 Apr 23
Kod 22482

Elçin Manafov BŞİH-i tənqid atəşinə tutdu

Bakı şəhər İcra Hakimiyyətinin müxtəlif bəhanələri möminlərin qəzəbinə səbəb olub
wellpromised/Aran agentliyi

Azərbaycan Respublikası İslam Partiyasının müvəqqəti sədri Elçin Manafov bu partiyanın dinc aksiya keçirmək məqsədilə göndərdiyi məktubu mənfi cavablandırdığı üçün meriyanı tənqid edib.

Elçin Manafov müxbirimizə verdiyi müsahibədə deyib: Bakı şəhər İcra Hakimiyyətinin müxtəlif bəhanələri möminlərin qəzəbinə səbəb olub. Belə mövqelər müsəlmanların səbrini daşdırır.

Manafov həmçinin deyib: Mayın 2-də Azərbaycan Respublikası İslam Partiyasının ümumi iclası olacaq. Bu iclasda partiyanın gələcək addımları barədə qərarlar qəbul olunacaq.

Azərbaycan Respublikası İslam Partiyası bildirib: Bizim keçirəcəyimiz aksiya işğal olunmuş ərazilərin geri qaytarılması, islami qanunlara zidd olan, xüsusilə də hicaba qoyulan qadağaların ləğv edilməsi və hicabı müdafiə xəttində həbs olunan islami fəalların azadlığa buraxılması tələbi əsasındadır.

Qeyd edək ki, Azərbaycan Respublikasında islamofobik qərarların çıxarılması, orta məktəblərdə hicaba qoyulan qadağa, islami fəallar və dindarların müxtəlif bəhanələrlə həbs olunması günü-gündən artmaqdadır. Bununla belə, respublikada məscidlərin inşasına qoyulan qadağalara baxmayaraq, yeni sinaqoqlar tikildiyi surətdə, dini tolerantlıq iddiası edilir. Belə bir şəraitdə isə ölkədə inflyasiya artır, neftin gəlirləri çoxaldıqca, xalq yoxsullaşır, korrupsiya artır. Bu isə xalqın etirazına səbəb olur.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23