Tarix : 2011 Apr 23
Kod 22491

Gəncəli ruhaninin işi üzrə məhkəmə iclası keçirilib

Aprelin 21-də Gəncənin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənərək ittiham olunan ruhani Azər Cəbiyevin işi üzrə məhkəmə iclası keçirilib
wellpromised/ Aran agentliyi

 

HaqqYolu - Aprelin 21-də Gəncənin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənərək ittiham olunan ruhani Azər Cəbiyevin işi üzrə məhkəmə iclası keçirilib

Aprelin 21-də Gəncənin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənərək  ittiham olunan ruhani Azər Cəbiyevin işi üzrə məhkəmə iclası keçirilib. Vəkil Elçin Namazov hakim Abdulla İsgəndərovun sədrlik etdiyi iclasda bir sıra vəsatətlər qaldırıldığını söyləyib.

Azər Cəbiyevlə birgə daha bir gəncəli ruhani Fəxri İlyasov eyni maddə ilə təqsirləndirilərək həbs olunub.

Elçin Namazovun sözlərinə görə, hakim cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatətlərə baxılması üçün vaxt istəyib: “Qərarda da qeyd olunub ki, iş yenidir və yetərincə araşdırma aparılmayıb. Cinayət işi ilə bağlı, təqsirləndirilən şəxsin kimliyi ilə bağlı detallar hələlik məlum deyil. Hakim işi araşdıracağını və vəsatətlərə detallarla tanış olduqdan sonra baxacağını bildirdi. Proses zamanı zərərçəkənlərdən yalnız biri – Nizami Rayon Polis Şöbəsinin əməkdaşı, serjant Nofəl İsgəndərov dindirildi”.

Vəkil növbəti məhkəmə prosesinin aprelin 26-sı saat 10-a təyin edildiyini qeyd edib.

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23