Tarix : 2011 Apr 23
Kod 22494

Azərbaycan R., Ermənistan və Rusiyanın xarici işlər nazirləri görüşüblər

Azərbaycan Respublikası, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü Moskvada keçirilibdir
wellpromised/ Aran agentliyi

Fırst-Niyus xəbər agentliyinin verdiyi məlumata əsasən Elmar Məmmədyarov, Eduard Nalbandiyan və Sergey Lavrovun üçtərəfli görüşləri bağlı qapılar arxasında keçirilib.

Nazirlərin bağlı qapılar arxasında baş tutan bu görüşü bu ölkə prezidentləri İlham Əliyev, Serj Sarkisiyan və Dmitri Medvedevin martın 5-də Soçidə, əyləncələrlə yadda qalan üçtərəfli görüşü zamanı tədarük edilmişdir.

Rusiya bildiribdir ki, bu görüşləri tədarük etməklə Bakı ilə İrəvan arasındakı siyasi vəziyyəti adiləşdirmək və Qarabağ böhranına son vermək məqsədini güdür.

Azərbaycan Respublikası , Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli görüşü, Ermənistanın bəzi medialarının keçən həftə İranın Urmiya şəhərində İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşlərindən narazı qaldıqlarını bildirməsi habelə, Bakıda sionizm və Qərbə bağlı olan bəzi mediaların da həmin təbliğat xəttini izləməsindən sonra keçirilibdir.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23