Tarix : 2011 Apr 23
Kod 22495

Hacı Əlikram Əhli Beyt(ə) aşiqi

Mərhum Hacı Əlikram Əlizadə Nararaninin 40-ı mərasimi bu gün cümə axşamı 2 min nəfərdən çox adamın iştirakı ilə Nardaran qəsəbəsində keçirildi
wellpromised/ Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin nümayəndəsi Höccətülislam Vəlmüslimin Ocaqnejad Hacı Əlikram Nardaraninin 40-ı mərasimində mərhumun Əhli Beyt(ə)-a olan eşqinə işarə edərək, İslam Məktəbinin və Əhli Beyt(ə) eşqinin təbliğində Hacı Əlikramın çox fədakar insan olduğunu vurğulayıb.

Mərhum Hacı Əlikram Əlizadə Nararaninin 40-ı mərasimi bu gün cümə axşamı 2 min nəfərdən çox adamın iştirakı ilə Nardaran qəsəbəsində keçirildi.

Müxbirimizin məlumatına görə, bu mərasimdə ölkənin müxtəlif şəhər və qəsəbələrindən gəlmiş çoxsaylı qonaqlarla yanaşı, İran İslam Respublikasından Ümumdünya Əhli Beyt(ə) Cəmiyyətinin sədri Höccətülislam Vəlmüslimin Məhəmməd Həsən Əxtəri, İranın Ərdəbil vilayətinin İslam Şurası Məclisindəki nümayəndəsi Seyid Kazım Musəvi, İran Parlamentinin keçmiş üzvü Məhəmməd Abbaspur və İranın Bakıdakı səfiri Məhəmməd Baqir Bəhrami də iştirak ediblər.

Azərbaycan İslam Partiyasının təsisçisi Hacı Əlikram Əlizadə martın 17-də İslam yolunda bir neçə on il davam edən yorulmaz mübarizələr və uzun illər həbslərdə qalması nəticəsində ağırlaşan şəkər xəstəliyinin ardınca 71 yaşında fani dünyaya vida etdi.

Hacı Əlikram Nardaraninin cənazəsi minlərlə nəfərin iştirakı ilə martın 18-də Bakının Nardaran qəsəbəsində, Rəhimə Xanım ziyarətgahının kənarında torpağa tapşırıldı.

Bu yorulmaz mübariz İslam yolundakı mübarizələri və İslam dəyərlərini müdafiədəki səylərinə görə 1996-cı və 2002-ci illərdə həbsə məhkum edilmişdi.

O, sabiq Sovet İttifaqı dönəmində Azərbaycanda islamçılığın təbliği və genişlənməsində həmçinin, istiqlal mübarizəsində mühüm rola malik olub. 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis edən Hacı Əlikram Nardarani dini dəyərlərin bərpası yolunda xeyli səylər həyata keçirib.

Hacı Əlikram Nardarani 1940-cı ildə Nardaranda dindar ailədə dünyaya göz açmışdı. Ruhu şad olsun

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23