Tarix : 2011 Apr 23
Kod 22504

Çeçenstanda bir Əl Qaidə rəhbəri öldürülüb

Rusiyanın milli anti terror komitəsi Şimali Qafqazda bir Əl Qaidə rəhbərinin öldürülməsindən xəbər verib
wellpromised/ Aran agentliyi

Rusiyanın milli anti terror komitəsi Şimali Qafqazda bir Əl Qaidə rəhbərinin öldürülməsindən xəbər verib.

Ria Novostinin bu gün verdiyi məlumata əsasən, Əl Qaidənin bu rəhbəri Çeçenistanda Rusiya daxili işlər nazirliyinə aid qüvvələri ilə toqquşmada öldürülüb.

Bu məlumatda həmçinin bildirilir: Bu hadisə Şali məntəqəsində 6 Əl Qaidə üzvünün tutulması zamanı baş verib.

Rusiyanın bir hərbi rəsmisi Ria Novosti ilə müsahibədə Kurçaloi məntəqəsində polis qüvvələri ilə toqquşmada daha iki hərbiçi və bir Əl Qaidə üzvünün öldürülməsindən xəbər verib.

Son aylarda Rusiyanın Şimali Qafqaz bölgəsində toqquşmalar artıb.

Siyasi müşahidəçilər bunun səbəbini yoxsulluq ədalətsizlik, separatizm nəticəsində Şimali Qafqaz əhalisinin terrorçu qruplaşmalara qoşulduğunda görürlər.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 23