Bakı Apelyasiya Məhkəməsi təkrar olaraq Azərbaycan İslam Partiyasının lideri Hacı Möhsün Səmədovun işi ilə bağlı vəsatəti rəd edib
wellpromised/ Aran agentliyi
Bakı Apelyasiya Məhkəməsi təkrar olaraq Azərbaycan İslam Partiyasının lideri Hacı Möhsün Səmədovun işi ilə bağlı vəsatəti rəd edib.
Vəkil Anar Qasımovun sözlərinə görə, Aprelin 22-dəki iclasda hakim Vaqif Mursaqulov Hacı Möhsün Səmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətin təmin olunmamağı haqqında Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Digər qərarı isə hakim Rizvan Səfərov verib və Nəsimi Rayon Məhkəməsinin Hacı Möhsün Səmədovun barəsində həbs qətimkan tədbirini avqustun 8-dək uzatmasını qüvvədə saxlayıb.
Hacı Möhsün Səmədov Azərbaycan Respublikasında hicablı məktəblilərin hicab geyimindən istifadəsinə qadağanı tənqid edəndən sonra həbs olunub və hökuməti zorla ələ keçirmək ittihamı ona qarşı irəli sürülüb.
Hacı Möhsün Səmədovun həbsi Azərbaycan Respublikası dindar xalqının narazılığına səbəb olub.