ABŞ prezidenti Türkiyə dövlətindən istəyib ki, Osmanlı dönəmində bu ölkədə ermənilərin qırğın edilməsini rəsmən tanısın
wellpromised/ Aran agentliyi
ABŞ prezidenti Türkiyə dövlətindən istəyib ki, Osmanlı dönəmində bu ölkədə ermənilərin qırğın edilməsini rəsmən tanısın.
Frans Press-in məlumatına görə, Barak Obama dünən axşam ermənilərin qırğın edilməsinin 96-cı ildönümündə bu hadisəni qınayıb. Amma, bu hadisəni "Soyqırımı" adlandırmaqdan çəkinib. Halbuki, Obama seçkiöncəsi təbliğatlarına "Soyqırımı" kəlməsindən istifadəni himayə etmişdi.
Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Namiq Tan isə Obamanın bu sözlərini təəssüfləndirici adlandırıb və deyib: Obamanın sözləri tarixlə bağlı siyasi və birtərəfli hökm yürütməkdir ki, bu hərəkət öz-özlüyündə yanlış və qeyri-münasib sayılır.
2009-cu ildə ABŞ Konqresinin Osmanlı dönəmində ermənilərin qırğın edilməsini "Soyqırımı" adlandırmaq layihəsini gündəmə gətirməsinin ardınca Vaşinqton-Ankara münasibətlərində gərginlik və soyuqluq yaranıb.
Ankarabuna cavab olaraq Vaşinqtondakı səfirini geri çağırmışdı.
Hər il aprelin 24-də Türkiyədə 1915-ci ildə ölən ermənilərin xatirəsini yad etmək üçün xüsusi mərasim keçirilir.