Tarix : 2011 Apr 24
Kod 22519

AİP iqtidarı milli dəyərlərə sayğısızlıqda ittiham edir

Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü İnqilab Əhədli deyib ki, bu partiya fəallarının istintaq gedişində bəzi pozuntular olub
wellpromised/ Aran agentliyi

 

Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü İnqilab Əhədli deyib ki, bu partiya fəallarının istintaq gedişində bəzi pozuntular olub.

Onun sözlərinə görə, aprelin 20-də Hacı Mövsüm Səmədovun saxlanılmasının 3 ayı tamam oldu. Ancaq hələ 5 gün əvvəldən, ayın 15-də həbs qətimkan tədbirini 3 ay da artırdılar. Bu, qanun pozuntusu idi. Hacını yanvarın 2-də Baş Məclisin iclasında dediyi sözlərə görə tutublar. Həmin çıxış internetdə bir çox saytlarda var. Hər kəs istəsə daxil olub baxa bilər. Hacı bu gün də dediyi sözlərin üzərində dayandığını deyir.

AİP-in növbəti mitinq müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin “yox” cavabı verməsinə toxunan partiya funksioneri gələn həftə yenidən mitinq keçirmək üçün müraciət edəcəklərini bildirib: "Biz indi 3-cü müraciəti etməyə hazırlaşırıq. Bu dəfə məsuliyyəti dövlət məmurlarının boynuna qoyacağıq. Biz Konstitusiyanın verdiyi hüquqdan - toplaşmaq azadlığından yararlanmaq istəyirik. Mitinqləri istefa şüarı ilə keçirmirik. Bizim bu dövlətdən hüquqi tələblərimiz var. Birinci Qarabağa azadlıqdır. Qarabağın azadlığı Əhli Beyt yolundan başqa bir yolla mümkün deyil. İkinci İslamafobiyaya qarşı. Bu gün hicaba uzanan əllərə, Quran ayələrinə toxunulmasın. Biz müsəlman olaraq öz haqlarımızı tələb edirik. Üçüncü tələbimiz hicab uğrunda mübarizə aparan və haqsız olaraq həbs olunan qardaşlarımızın azad olunmasıdır. Bundan başqa tələbimiz yoxdur".

AİP yetkilisinə görə, Azərbaycanda adi bir yumurtanın məsələsi prezident tərəfindən həll olunur, amma o, milli mənəvi dəyərlərimizə münasibət bildirilmir. Belə çıxır ki, milli dəyərlərimizin yumurta qədər qiyməti yoxdur.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 24