Tarix : 2011 Apr 26
Kod 22548

GƏNCƏLİ RUHANİ ACLIĞA BAŞLADIĞINI ELAN EDİB

Silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə ittiham olunan ruhani Azər Cəbiyev ...
wellpromised/ Aran agentliyi

Silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə ittiham olunan ruhani Azər Cəbiyev aprelin 26-da Gəncənin Nizami Rayon Məhkəməsində keçirilən prosesdə aclıq aksiyasına başladığını elan edib. Bunu "Media forum"a vəkil Elçin Namazov deyib.

Vəkil bildirib ki, Azər Cəbiyev ölüm aclığına başladığını vurğulayıb: “Səbəb hakimin qaldırdığımız vəsatəti təmin etməməsidir. Proses zamanı zərəçəkmiş qismində isitntaqa cəlb olunan polis əməkdaşları – Nofəl İsgəndərov və  İbrahim İbrahimzadə ifadə verdilər. Zərəçəkənlər öz ifadələrində Azər Cəbiyevdən heç bir zərər görmədiklərini dedilər. Onların biri dedi ki, Azərin əlində stol var idi, stolu əlindən alanda oturacağın qırıq yeri onun əlinin üstünü zədələyib. Digəri isə bildirdi ki, Azər stola təpiklə vurmaq istəyirdi, onu götürəndə Azərin təpiyi təsadüfən onun əlinə dəyib. Bu ifadələrdən sonra biz hər iki şəxsin zərəçəkmiş statusuna xitam verilməsi üçün vəsatət qaldırdıq. Hakim bu vəsatətlərə baxılmasını başqa vaxta saxladı və bundan sonra Azər Tağıyev aclıq aksiyasına başladığını elan etdi”.

Vəkilin bildirdiyinə görə, prosesdə hakim Abdulla İsgəndərovun sədrlik etdiyi heyətə də etiraz ediblər: “Nizami Rayon Məhkəməsinin sədri Əli Tağıyev yerində olmadığına görə bizim etiraza aprelin 27-də cavab veriləcək”.

Aprelin 27-də silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə ittiham olunan digər gəncəli ruhani Fəxri İlyasovun işi üzrə məhkəmə prosesi başlayacaq. İşə hakim Gündüz Şirinovun sədrlik etdiyi heyət baxacaq.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 26