wellpromised/ Aran agentliyi
Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunun rəmzi olan “insanlıq abidəsi”nin başı qoparılıb. ANS PRESS-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər abidənin götürülməsi işlərinə başlanılıb. Heykəllərdən birinin - Qars qalasına baxanının baş qismi 10:12 radələrində kəsilib.
Heykəlin yaxınlıqdakı yola düşməsi ehtimalı ilə əlaqədar yolda avtomobillərin hərəkəti qadağan olunub. İki insan fiqurundan ibarət abidə 18 parça halında kəsiləcək.
Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgədə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni “eybəcər” ("uçubə") adlandırmışdı.
Abidənin sökülməsi ilə əlaqədar məhkəmə qərarı da var.