Rəhbəri ilə görüş üçün hər bir fürsətdən istifadə edirdi'' -deyə Hacıağa Nuri bildirib
wellpromised/ Aran agentliyi
Azərbaycan Respublikası İslam partiyasının sabiq sədri deyib: Bu partiyanın təsisçisi və mərhum rəhbəri Hacı Əlikram Əliyev vilayətə sevgi və İmam Xomeyni (rə) amallarına bağlılığın bünövrəsini Azərbaycan Respublikasında qoydu.
İRNA-nın məlumatına əsasən, Azərbaycan Respublikası İslam partiyasının təsisçisi və mərhum rəhbəri Hacı Əliram Əliyevin xatirəsinin anılması ilə əlaqədar Təbrizdə keçirilən konfransda çıxış edən Hacı Hacıağa Nuri bildirib: Bu yorulmaz insan İslam İnqilabı, İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin bələdçilik və məqsədlərindən yararlanaraq son nəfəsinə qədər ölkəsinin xalqının vilayətçiliyinə çalışdı.
"Vilayətə sevgi Hacı Əlikramda elə bir həddə idi ki, İslam İnqilabının Böyük Rəhbəri ilə görüş üçün hər bir fürsətdən istifadə edirdi" -deyə Hacıağa Nuri bildirib
Hacıağa Nuri qeyd edib ki, mənim də iştirak etdiyim AİP-in mərhum rəhbərinin İnqilab Rəhbəri ilə müxtəlif görüşlərində Həzrət Ayətullahülüzma Xameneinin Azərbaycan Respublikası xalqı və şiələrinə yaxınlığı və əlaqəsi hissini müşahidə etmişəm. Belə ki, O həzrət Hacı Əlikramı dost və qardaşı kimi yad edirdilər.
Nuri İslami İranın rəhbərlik düşüncələri və İran xalqının İslami İnqilabının amallarından örnək götürməni AİP-in önəmli xüsusiyyətlərindən hesab edib.
Nuri deyib: Hacı Əlikram dəfələrlə vurğulayırdı ki, İranın İslam İnqlilabı Həzrət Mehdi (əc)-ə bağlıdır və hər mümkün vasitə ilə bu inqilabı dəstəkləmək lazımdır.
AİP-in mərhum rəhbəri ilə 31 illik yaxın dostluğu və əməkdaşlığına toxunan Hacı Hacıağa Nuri söyləyib: Şübhəsiz onun şöhrəti və tanınması İmam Xomeyni (rə) istiqamətində Xomeynçi hərəkatı ilə yanaşı olmuşdur.
Hacıağa Nuri Azərbaycan Respublikasında Tövbə cəmiyyətinin təşkili və Nardaran qəsəbəsini Hacı Əlikramın önəmli və təsirli addımlarından biri adlandırıb və deyib: SSRİ dağıldıqdan sonra bu cəmiyyətin təşkili tövbənin yolu və üsullarını Azərbaycan şiələrinə öyrətdi.
Nuri Azərbaycan Respublikası və Bakıda şiəliyin qorunmasının Bakı ətrafı kəndlərin səylərinə borclu olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Hacı Əlikram Əliyev 1940-cı ildə Bakı şəhərinin Nardaran qəsəbəsində dünyaya göz açdı və siyasi mübarizə və çətinliklərdən sonra cari ildə 16 martda xəstəlik səbəbindən və uzun illər həbsdən sonra fani dünya ilə vidalaşdı.
Hacı Əlikram Əliyev son onilliklərdə Azərbaycan Respublikasında təsirli islamçı simalardan biri idi. O kommunizm dövründə və SSRİ dağıldıqdan sonra həbsdə olmasına baxmayaraq, islam dini, Əimmə (ə) və İslam İnqilabına olan dərin bağlılığını qorudu.B-6
Yəmənin inqilabçı gəncləri ərəb inqilabları şəhidlərini anıblar
(Səhər TV)-Yəmənin inqilabçı gəncləri öz mübarizələrini davam etdirməkdən əlavə, Sənada Təğyir meydanında ərəb inqilabları şəhidlərinin xatirəsinə futbol yarışı keçiriblər.
Əl-Cəzirə telekanalının verdiyi məlumata əsasən, Yəmən proseslərinin perspektivi siyasi həll yolunun yaranması üçün mövcud çətinliklər və toqquşmalara baxmayaraq, yeni və misilsiz etirazların şahidi olub. Belə ki, Yəmənin inqilabçı gənclərindən 5 nəfərlik 32 komanda Sənanın Təğyir meydanında futbol yarışlarında iştirak edib və öz komandaların adlarını şəhidlərin adları ilə adlandırıblar.
Əl-Cəzirə telekanalı bu yarışların başlanması anlarından görüntülər yayımlayaraq Əli Abdulla Saleh rejiminin devrilməsinin zəruriliyinə əsaslanan idmançıların vahid şüarını bildirib: "Quotation mark" Sənanın Təğyir meydanında islahatın yaradılması heç vaxt unudulmayacaq.