Tarix : 2011 Apr 26
Kod 22553

Hacı Əlikramın xatirəsi Urmiyada anıldı

Azərbaycan Respublikasının müasir islam hərəkatının rəhbəri Hacı Əlikram Nardaraninin xatirəsi bu gün İranın Urmiya şəhərində anıldı
wellpromised/ Aran agentliyi

 

Azərbaycan Respublikasının müasir islam hərəkatının rəhbəri Hacı Əlikram Nardaraninin xatirəsi bu gün İranın Urmiya şəhərində anıldı.

İranın Qərbi Azərbaycan vilayətinin Baş İslam Təbliğatı İdarəsinin İctimai Əlaqələr Şöbəsinin Urmiyadan verdiyi məlumata görə, Azərbaycan Respublikası islamçılarının lideri Hacı Əlikramın mübarizələrini anma məqsədi ilə vəfatının 40-cı günündə keçirilən bu mərasimdə Urmiya şəhərinin dindar kəsimi, ruhaniləri, mədəniyyət xadimləri və yerli rəsmiləri iştirak ediblər.

Qərbi Azərbaycan vilayətinin Baş İslam Təbliğatı İdarəsinin sədri Höccətülislam Vəlmüslimin Seyid Məhəmməd Fəxri Hacı Əlikramın mübarizələrinə işarə edərək, deyib: Bu gün Azərbaycan Respublikasında İslam dininin genişlənməsi Hacı Əlikramın və onun mübariz davamçılarının səylərinin nəticəsidir.

Fəxri əlavə edib: Hacı Əlikram İslam və İslam dininin təbliğ edilməsi yolunda yorulmaz bir mübariz idi. O, qəlbən İslama, Əhli-Beyt(ə) məktəbinə, İmam Xomeyni(r.ə)-ə və İslam İnqilabına inanmış və iman gətirmişdi. O, Həzrət İmam Xomeyni(r.ə)-ə təqlid edirdi.

"Hacı Əlikramın Xatirələri" və "Zindandan Məktublar" kitablarının müəllifi Mustafa Qulizadə Əliyari də Hacı Əlikrmaın mübarizələrlə dolu olan həyat və yaradıcılıqlarına işarə edib.

"Zindandan Məktublar" kitabının müəllifi dedi: Hacı Əlikram Azərbaycan Respublikası xalqının İslam yolundakı müasir mübarizələrinin rəhbəri habelə, Azərbaycan Respublikası və Qafqazda İslam İnqilabının güclü tərəfdarlarından idi. O, öz mübarizələrinə hələ sabiq Sovet İttifaqı zamanından başlamışdı və uzun illər öz ideyası uğrunda həbslərə, çətinliklərə, işgəncələrə məruz qaldı. Amma, bir an olsun belə İslam və iman yolundan yayınmadı.

"Hacı Əlikramın Xatirələri" kitabının müəllifi sonra belə dedi: Hacı Əlikramın yolu hazırkı və gələcək nəsillər tərəfindən davam etdiriləcək.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 26