Tarix : 2011 Apr 26
Kod 22555

Azərbaycan Respublikasında etirazların mənşəyi

Hökumətin siyasi ekspertləri etirazçıların sürətlə artmasından nigarandırlar
wellpromised/ Aran agentliyi

11 və 12 martda, onun ardınca isə aprelin 2-i və 17-də Bakıda keçirilən aksiyalarda diqqəti cəlb edəcək dərəcədə Azərbaycan Respublikası vətəndaşlarının iştirakı hökumət rəsmilərinin bu barədə nigaranlıqlarını ifadə etmələrinə səbəb olub .

Hökumətin siyasi ekspertləri etirazçıların sürətlə artmasından nigarandırlar.  Ona görə də təsadüfi deyil ki , Azərbaycan İslam Partiyasının aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətinə son iki müraciəti cavabsız qalıb. Ümumilikdə Azərbaycan Respublikası hökumətinin islamofobik siyasətinin genişlənməsi,  islamçı fəallar və hicab müdafiəçilərinin həbs edilməsi, hicabdan istifadənin qadağan edilməsi, iri neft gəlirlərinə rəğmən yoxsulluq və digər sosial problemlərin həll edilməməsi, korrupsiya və rüşvətxorluğun artması əhali arasında narazılığın artmasına səbəb olub .

Müşahidəçilərin fikrincə aksiyaların kənarında sadə vətəndaşların iştirakı, hətta sadə vətəndaşlardan bir çoxunun bu aksiyalarda partiya mənsubiyyəti olmaması Azərbaycan Respublikasında etiraz hərəkatının daha da genişlənməsi ehtimalının mövcud olduğunu göstərir.  Xüsusilə də son həftələr ərzində Az. R-da ictimai baxımdan həmişə öncül olan Nardarandan əlavə Sabirabad, Saatlı, Tovuz kimi rayonlarda da Bakdakı xalq etirazlarından öncə aksiyalar keçirilmişdi və həmin rayonlarda əsasən partiyaların xalq etirazlarında heç bir müdaxiləsi yox idi.

Bu həqiqətləri nəzər aldıqda bir çox siyasi müşahidəçinin qənaətincə əslində Azərbaycan Respublikasında xalq hərəkatı partiya və təşkilat fəaliyyətlərini qabaqlayıb. Bu həqiqət ilk öncə Azərbaycan Respublikası orta məktəblərində hicab qadağasına xalq etirazları prosesində də özünü nümayiş etdirmişdi . Məsələnin maraqlı cəhəti bu idi ki, qərbpərəst müxalifətdən fərqli olaraq heç cür təbliğat aparılmadan yüzlərlə insan Təhsil Nazirliyinin qarşısına toplaşaraq hicab qadağasına öz etirazını bildirməyə müvəffəq oldu.  İqtidar isə bu səhnəni gördükdə daha sərt tədbirlər görməyə üstünlük verdi .

Belə bir şəraitdə Az. R-da hakimiyyət və Qərbin nəzərdə tutduqları siyasi partiyalar da bir neçə il fəaliyyət durğunluğundan sonra mövcud ictimai şəraitdən yararlanmaq üçün fürsətin münasib olduğunu müəyyənləşdirib və bu hərəkətlərdə rolu ələ almağa çalışırlar.  Hal-hazırda qərbyönümlü partiyalar İctimai Palata adlanan qurumda birləşərək iqtidara qarşı hərəkətə keçiblər.  Lakin hökumət İctimai Palatanın iflasa uğradığını deyir.  Üstəlik Azərbaycan Respublikasında dövlət mediası və hökumətdən asılı media vasitələri son günlər bəzi ərəb ölkələrinin media vasitələrində olduğu kimi müxalifləri radikal və əl-Qaidə ilə əlaqəsi olan şəxslər kimi qələmə verməyə çalışırlar. Bunun müqabilində müxalifət nümayəndələri hakimiyyətin etirazlara heç bir vəchlə icazə verməməsini xalqın qarşısında olan əsas amil bilir . Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında Xalq Parlamentinə üzv müxalif partiyaların bir qrup üzvünün həbs edilməsi, habelə Bakı Meriyasının müxaliflərin anti-hökumət aksiya keçirmək üzrə təklif etdiyi məkanla razılaşmaması ilə Azərbaycan Respublikasındakı siyasi gərginlik daha da şiddətlənib. Burada hakimiyyətin cavab verə bilmədiyi ən əsas irad ondan ibarətdir ki, əgər doğurdan da geniş sosial bazaya malikdirsə, onda niyə opponentlərinin etiraz aksiyası keçirməsinə imkan vermir? Və ya xalqın sərbəst toplaşmaq haqda konstitusion hüquqları nə zaman təmin olunacaq?

 

Müəllif : Q. Nurani 

  • Yazılıb
  • da (də) 2011 Apr 26