Tarix : 2011 Apr 27
Kod 22575

Azəri ruhani zindanı hicabsızlığı qəbul etməkdən üstün tutur

Azərbaycan Respublikasının orta təhsil məktəblərində hicaba qoyulmuş qadağa və hicabı mudafiə edən ruhani və dindarların kütləvi həbsləri ilə bağlı...
wellpromised/ Aran agentliyi

Azərbaycan Respublikasının orta təhsil məktəblərində hicaba qoyulmuş qadağa və hicabı mudafiə edən ruhani və dindarların kütləvi həbsləri ilə bağlı, ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov müsahibə verib.

Axır nəfəsinə qədər hicab və hicab məhbuslarının azadlığını tələb edəcəyinə söz verən Hacı Abgül deyib: İnanc əhli tələblərindən bir addım belə geri çəkilməyəcək. Çünki biz Allah dərgahında vəzifəyə məmur olmuşuq. Hicab məhbuslarını hicabdan ayıranların düşüncələrini məqbul fikir hesab etmirik. Bu məhbusların heç birinə xüsusi fərq qoymuruq. Onların zindanda dörd divar arasında çəkdikləri əziyyət, bizim də ruhumuza əzab verir. Biz cismən həbs olunmasaq da onların əziyyətlərini ruhən dərk edirik və hokümətdən hicab və hicab məhbuslarının azadlığını tələb edirik.

Tanınmış ruhani qeyd edib ki, əgər hicaba və hicab məhbuslarına azadlıq verilməzsə, bunun sonu acı nəticələnəcək. “Biz öz məhbuslarımızı zindandan çıxarmayana qədər mübarizəmizdən əl çəkməyəcəyik. Ya bütün qardaşlarımız azad ediləcək, ya da hamımız zindanları qəbul edəcəyik. Zindanı qəbul etmək bizim üçün qeyrətsizliyi, şərəfsizliyi və hicabsızlığı qəbul etməkdən daha yaxşıdır. Bu nə emosiyadır, nə də ehsasat. Bu tam ağıldır. Bu Huseyn İbni Əlinin şərəfli yoludur.”-deyə Hacı Abgül söyləyib.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 27