Tarix : 2011 Apr 27
Kod 22577

Müəllimə xanım hicabına görə məktəbdən çıxarılıb

Azərbaycan Respublikasında Müəllimə xanım hicabına görə məktəbdən çıxarılıb
wellpromised/ Aran agentliyi

Səhər TV--Azərbaycan Respublikasında Müəllimə xanım hicabına görə məktəbdən çıxarılıb.

Hövsan qəsəbəsi, 196 nömrəli məktəbin müəlliməsi Süleymanova Aygün hicablı olduğuna görə işdən çıxarılıb.

Bu barədə İslam-Azeri İnternet Qəzetinə müəllimənin özü məlumat verib.

Onun sözlərinə görə, Hövsan qəsəbəsində yerləşən M.Bayramov adına 196 nömrəli məktəbin direktoru Ağası Hüseynov "işləmək istəyirsinizsə hicabınızı açın" deyərək onu qanunsuz olaraq işdən çıxarıb.

Məktəbdə müəllimə işləyən, lakin analıq məzuniyyətində olan daha bir hicablı müəlliməyə isə indidən xəbərdarlıq edilib ki, "Ərizən hazırdır, hicabla gəlsən işdən çıxarılacaqsan. İşləmək istəyirsənsə hicabını açıb gələrsən!"

Hüquqları tapdanmış müəllimə xanım Respublika Prokrorluğana, "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban Əliyevaya, həmçinin Təhsil Nazirliyinə bu barədə müraciət edib. Yalnız Təhsil Nazirliyindən cavab gəlib. Aygün xanımı nazirliyə çağırıblar. Müəllimə nazirliyə getdikdə isə direktor Ağası Hüseynovu orada görüb. Təhsil nazirliyinin məsul işçisi Ağası müəllimlə birlikdə belə bəhanə gətiriblər ki, guya Aygün xanım hansısa müəllimin yerinə müvəqqəti olaraq 3 illik işə götürülübmüş.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 27