Tarix : 2011 Apr 27
Kod 22578

İsrail rejiminin Bakıdakı səfirliyinin fəaliyyəti yenidən dayanıb

Azərbaycan Respublikasının bəzi yerli mənbələri sionist rejimin Bakıdakı səfirliyinin fəaliyyətinin yenidən dayandırılmasından xəbər veriblər
wellpromised/ Aran agentliyi

Azərbaycan Respublikasının bəzi yerli mənbələri sionist rejimin Bakıdakı səfirliyinin fəaliyyətinin yenidən dayandırılmasından xəbər veriblər.

Qərbpərəst Yeni Müsavat qəzeti sionist rejimin təhlükəsizlik xidmətinin bu rejimin bəzi ölkələrdəki səfirliklərinə qarşı ehtimal olunan hücumla əlaqədar 22 aprel bəyanatının ardınca, sionist rejimin Bakıdakı səfirliyi bir daha öz fəaliyyətini dayandırıb.

Bu məlumata əsasən, Mossadın bəyanatında ölkələrin adları qeyd olunmayıb və bildirilib ki, bu addımları zərərsizləşdirmək üçün heç bir səyini əsirgəməyəcək.

Yeni Müsavatın yazdığına görə, "Məsələni aydınlaşdırmaq üçün İsrailin Bakıdakı səfirliyi ilə əlaqə saxladıq. Lakin səfirliyin telefonu səfirliyin bağlandığını bildirdi"

Ötən fevral və mart aylarında Misir, Gürcüstan, Azərbaycan, Ermənistan və daha bir neçə ölkədə sionist rejimin səfirliklərinə hücum ehtimalı ilə əlaqədar sionist rejimin orqanları xəbərdarlıq verməklə yanaşı Bakıdakı səfirliyin fəaliyyətinin dayandırıldığından xəbər verdilər. O zaman sionist rejimin Bakıdakı səfiri Mixail Lavon Lotem iddia etdi ki, bu rejimin səfirliyinin fəaliyyəti texniki problemlərə əsasən dayandırılıb. Lakin Azərbaycan Respublikasında bir qrup xəbər mənbələri sionist rejimin Bakıdakı səfirliyinin fəaliyyətinin dayandırılmasını təhlükəsizlik səbəbləri saymış və hətta sionist rejimin Bakıdakı səfirinin ölkədən çıxdığını xəbər vermişdilər.

22 Qəzzə və 33 günlük Livan müharibələrindən sonra, sionist rejimin Azadlıq Karvanına hücumu, habelə Azərbaycan Respublikasında islamofobiya və hicabofobiya siyasətinin irəliləməsində sionist rejimin rolunun cəhətlərinin aydınlaşması və bu rejimin Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləməsi Azərbaycan Respublikası xalqının bu rejimə nifrətini kəskin dərəcədə artırıb.

Ümumdünya Qüds Günündə onlarla azərbaycanlı sionist rejimin Bakıdakı səfirliyinin önündə toplaşaraq bu səfirliyin fəaliyyəti və Bakı-Təl-Əviv münasibətlərinin dayandırılmasını tələb etmişdi

  

  • Yazılıb
  • da (də) 2011 Apr 27