Tarix : 2011 Apr 30
Kod 22589

Azərbaycan İslam Partiyası yeni qərargaha köçüb

Aprelin 28-də “Media forum” saytına danışan partiya sədri Elçin Manafov bildirib ki, ...
wellpromised/Aran agentliyi

Azərbaycan İslam Partiyası yeni qərargaha köçüb. Aprelin 28-də “Media forum” saytına danışan partiya sədri Elçin Manafov bildirib ki, ofisin bağlanması təşkilatın fəaliyyətində çətinliklər yaratdığı üçün rəhbərlik Yasamal rayonunda yeni qərargah icarəyə götürüb: “İstintaq süni olaraq uzadıldığı üçün qərargahın nə vaxt açılacağına ümid edib oturmaq işlərimizi yubadardı”.

Azərbaycan İslam Partiyasının Bakıda, Hidayətzadə küçəsi, 51-də yerləşən qərargahı yanvarın 13-də Respublika Prokurorluğu əməkdaşlarının apardığı axtarışdan sonra bağlanıb. Axtarış bitdikdən sonra Respublika Prokurorluğunun müstəntiqi Mehdi Mirzəyev ofisin ən azı 3 gün bağlı qalacağını deyib, ancaq məhdudiyyət bu günə qədər davam edir.

Elçin Manafov AİP-ə partiya sədri Mövsüm Səmədovun həbsindən sonra rəhbərlik edir. Mövsüm Səmədov yanvarın 7-də tutulub. Partiyanın təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə də həbsdədirlər.

İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 30