Bu barədə həbs olunmuş gəncəli ruhanilərAzər Cəbiyev və Fəxri İlyasovin vəkili Elçin Namazov məlumat verib
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikası məktəblərində hicab qadağasının tətbinə etirazların gücləndiyi zaman 16 yanvarda Gürcüstan sərhədində saxlanaraq, xuliqanliq ittihami ilə həbs edilen Gəncə ruhanilərindən Azər Cəbiyevin səhhəti kəskin pisləşib.
Bu barədə həbs olunmuş gəncəli ruhanilərAzər Cəbiyev və Fəxri İlyasovin vəkili Elçin Namazov məlumat verib.
Vəkilin sözlərinə görə, hər iki ruhani Gəncə şəhərinin Nizami rayonunun məhkəməsindən narazıdırlar və buna etiraz olaraq ölüm aclığına başlayıblar.
DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Gəncə ilahiyyatçıları Azər Cəbiyevin və Fəxri İlyasovun dərhal azad edilməsi barədə çağırış edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, açılmış cinayət işinin faktlara söykənmədiyi, əslində cinayət təqibi üçün əsasların olmadığı, bu prosesin Azər Cəbiyevin və Fəxri İlyasovun həyata keçirdikləri ictimai fəaliyyətlə əlaqədar bir təzyiq vasitəsi kimi çıxış etməsini nəzərə alaraq, məhkəmə baxışının dayandırılması, müttəhimlərin dərhal azad edilməsi zərurəti yaranmışdır. Bəyanatda ümid ifadə edilir ki, məhkəmələr öz həqiqi missiyasına əməl edərək, konkret faktlara söykənməyən ittihamlar əsasında məhkəmə proseslərinin keçirilməsinə rəvac verməyəcək, günahsız insanlara qarşı təzyiq vasitəsi olmaqdan imtina edəcəklər.
Bəyanatda həmçinin həbsdə olan digər ilahiyyatçı və dindarların da təcili azad olunması üçün çağırış edilir.