“Bu gün Azərbaycana Gürcüstandan gələn bir təhlükə mövcuddur” Bu sensasiyalı bəyanatla tanınmış rusiyalı politoloq...
wellpromised/Aran agentliyi
“Bu gün Azərbaycana Gürcüstandan gələn bir təhlükə mövcuddur” Bu sensasiyalı bəyanatla tanınmış rusiyalı politoloq, Rusiya İslam Komitəsinin sədri Heydər Camal SalamNews-a müsahibəsində çıxış edib.
- Məlumat var ki, Gürcüstanda Azərbaycan üçün dövlət çevrilişi planı hazırlanır. Gürcüstan əraizisində Azərbaycanda dövlət çevrilişinə hazırlıq gedir və bu hazırlığa görə məsuliyyət Gürcüstanın Təhlükəsizlik Şurasının üzvü Qiqa Bokeriyanın üzərinə düşür. Azərbaycandakı Gürcüstan səfirliyində bu fəaliyyəti kurasiya edən mərkəz var. Mərkəzə səfirliyin gürcü dilini yaxşı bilən amerikalı qadın əməkdaşı məsuldur. O, “qərargah”da oturur və Azərbaycan müxalifəti ilə əlaqələr qurmaq vəzifəsini yerinə yetirir.
Gürcüstanda isə Gürcüstan azərbaycanlılarından olan gənclərin hazırlanması işi gedir və “müqavimət dəstəsi” formalaşdırılır. Bu dəstə Azərbaycan rəhbərliyinin devrilməsi üçün komanda gözləyir.
Mənə məlum olduğu qədər, Azərbaycan hakimiyyətinin devrilməsi barədə qətiyyətli qərar 28 may tarixinə təyin edilib. Mayın 29-da isə Londonda Azərbaycana həsr edilən konfrans keçirilməlidir və bu konfransda Hillari Klinton çıxış edərək, Azərbvaycandakı vəziyyət, Azərbaycan müxalifəti və hakimiyyət barəsində fikirlərini bildirəcək.
Bu ilin martında Qiqa Beokeriya və bir sıra rəsmi şəxslər Azərbaycana səfər edərək ölkə rəhbərliyinə Gürcüstanla Rusiya əleyhinə hərbi-siyasi ittifaq qurmaq təklifi irəli sürüblər. Azərbaycan prezidenti buna getməyib və birgə Azərbaycan-Amerika təlimlərinin ( “Regional cavab – 2011”- red.) keçirilməsindən imtina edib. Bununla da o bu oyuna daxil olmaq arzusunda olmadığını göstərib.
Nəticədə isə Gürcüstan rəhbərliyi fəal surətdə Ermənistanla Azərbaycana qarşı yönələn hərbi ittifaq yaratmaqdadır.
Gürcüstan bu layihənin icraçısıdır, burada Gürcüstanın bir sıra dövlət adamları, xüsusilə də ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Qiqa Bokeriya maraqlıdır. Yəni gürcülər özgə iradəsinin icraçısı rolunda çıxış edirlər. Qeyd etməliyəm ki, Azərbaycan müxalifətinin bu plandan xəbəri var.
- Siz hesab edirsiniz ki, bütün bunlar Azərbaycana qarşı “böyük planın” bir hissəsidir?
- Düşünürəm ki, bu, böyük plan Suiya, Liviya və digər Yaxın Şərq ölkələrində baş verənlərin təkrarlanmasına yönəlib. Bu, Amerika strateqlərinin hazırda əsas metodologiyası olan “təşkilatlanmış xaos” yaratmaq cəhdidir. “İdarə olunan xaos” ümumi nizam-intizamı qeyri-sabit durumla əvəzləməkdən ibarətdir. ABŞ öz maraqları naminə sabit nizamı təmin etmək üçün birbaşa idarəçilik yolu tutmağa çalışır. Bu mümkün olmadıqda isə digər taktikaya əl atır, yəni hamının hamıya qarşı müharibəsini başlayır.
Onlar bu qeyri-stabilliyi Mərkəzi Asiyada da yaratmaq istəyirlər. Bu günlərdə ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Özbəkistanda mümkün narahatlıqlar və terror akisyları barədə xəbərdarlıqlar edərək, oraya getməməyi tövsiyə edib.
Orada narahatlıq və terror aktları hələ başlamayıb, ABŞ Dövlət Departamenti isə indidən bu barədə xəbərdarlıqlar edir. Bu ondan xəbər verir ki, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi narazılıqlar yaratmağı və terror aktları həyata keçirməyi planlaşdırır.
- Daha bir sual: Niyə məhz Azərbaycan?
- Çünki Azərbaycan ümumilikdə Cənubi Qafqaz və Böyük Qafqazda mühüm ölkədir. Əgər indiki prezidentin yerinə hamını təngə gətirmiş və Qərbdən asıllığı ilə ad çıxarmış müxalifət gəlsə, təbii ki, Azərbaycanı dərhal ABŞ-ın hərbi manevrləri üçün, xüsusən də İrana zərbə endirmək üçün bazaya çevirəcək.
- Yəqin ki, Azərbaycanı Qarabağ məsələsində güzəştə getməyə məcbur edəcəklər?
- Təbii. Hesab edirəm ki, müxalifət hakimiyyətə gəlmək və bütün milli maraqları satmaq istəyir.
- Necə fikirləşirsiniz, Azərbaycan hakimiyyəti bu vəziyyətdə hansı qabaqlayıcı tədbirlər həyata keçirə bilər?
- Mənə elə gəlir, Azərbaycan və Gürcüstan ərazisində Azərbaycan əleyhinə aparılan fəaliyyəti ciddi izləməli, bütün bu faktları həqiqətə uyğun olub-olmamasını yoxlamalıdır. Mənim əldə etdiyim bu məlumatı yenidən yoxlamaq lazımdır və əgər həqiqətə uyğun olsa, qarşısını almaq üçün bir sıra addımlar atmalıdır. Əgər Azərbaycanda çevriliş etmək istəyən Gürcüstan dövlət xadimləri ələ keçsə, bundan Azərbaycan rəhbərliyi nəticə çıxarmalı, bu cür tərəfdaşla münasibətlərinə yenidən baxmalıdır.