Tarix : 2011 May 01
Kod 22619

Gənclər müxalifətsiz aksiyalara başlayır

Sosial şəbəkələrdə aktiv şəkildə təşkilatlanan gənclər yenidən etiraz aksiyalarına hazırlaşır
wellpromised/Aran agentliyi

 Sosial şəbəkələrdə aktiv şəkildə təşkilatlanan gənclər yenidən etiraz aksiyalarına hazırlaşır. Martın 11-dən başlanan gənclik hərəkatı may ayında daha da kütləvi xarakter alacaq. Artıq gənclər Facebook sosial şəbəkəsində növbəti mitinqlərlə bağlı müzakirə və çağırışlara başlayıb. 11 mart aksiyasının təşkilatçılarından olan və barəsində cinayət işi açılan Elnur Məcidli Facebook-da bəyan edib ki, İctimai Palatanın (İP) mitinqlərlə bağlı hansı qərar verməsindən asılı olmayaraq gənclər etiraz aksiyalarını davam etdirəcək. Bu barədə tia.az saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, gənclər sosial şəbəkələrdə fəallığı artırıb və yaxın günlərdə Bakıda növbəti etiraz dalğası gözlənilir. Sosial şəbəkələrdə başlanmış müzakirə və məsləhətləşmələr də onu deməyə əsas verir ki, etirazçı gənclik tezliklə mitinq vaxtını təyin edəcək. Çox güman ki, bu, mayı ayının ilk ongünlüyündə dəqiqləşəcək. Onu da yada salaq ki, Azərbaycan hakimiyyəti Elnur Məcidli ilə bağlı İnterpola axtarış verdirib və gənc fəala qarşı dövlət çevrilişi ittihamı irəli sürüb. Qeyd edək ki, İP-in aprelin 29-da keçirilən növbəti sessiyasında mayın 15-də mitinq keçirməklə bağlı təklif İP üzvləri tərəfindən dəstəklənməyib. İP-in yığıncağında qərara alınıb ki, mitinqlə bağlı Koordinasiya Şurası yaxın günlərdə keçirəcəyi toplantısında fikirlərini qətiləşdirsin.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 01